İmrandan daha böyük uğurlar gözləyirik

Idmançı olmaq çoxlarının arzusudur lakin böyük idmanda nəticələr qazanmaq üçün ilk növbədə kiçik yaşından pəşəkar məşqçilərdən dərs almalısan. Ikinci daha vacib cəhət yaşadığı yerdə bu və ya idman növünün inkişaf etməsi üçün lazımi şerait yaradılmalıdır.
Dorğunluq illərindən sonra Rusiya Federasiyasında bədən tərbiyəsi və idmanın inkişafı üçün bir neçə Federal Məqsədli programlar qəbul edilmişdir. Bundan əsas məqsəd kütləvi bədən tərbiyəsi-idman işini təhsil müəssisələrində inkişaf etdirilməsidir. Razılıq hissi ilə qeyd etmək lazımdır ki, respublikamızın bir neçə şəhərində və rayonunda idmanın inkişaf etdirilməsinə olduqca böyük diqqət yetirilir. Xüsusilə Mahaçqala, Xasavyurt, Kaspiyskiy şəhərlərini göstərmək olar. Bu şəhərlərdən son illərdə dünya şöhrətli idmançılar yetişmişdir. Bu gün gənclər şərq döyüş növlərinə xüsusi maraq göstərirlər. Ən geniş şöhrət qazanmış MMA YEF-si yarışlarında respublikamızda demək olar ki, ən çox nümayəndələr çıxış edir. Təssüflər olsun ki, əhalisinə və əhəmiyyətinə görə ikinci sayılan Dərbənd şəhərindən bu klublarda çıxış edən nümayəndələr olduqca azdır. Bunun əsas səbəbi şəraitin və pəşəkar məşqçilərin olmaması, sponsorların tapılmamasıdır. Lakin, bütün bu çətinliklərə baxmayaraq son illərdə pəşəkar idmana yol tapanlar da vardır.
Onlardan biri Imran Mehdiyeviç Məhərəmovdur. O 1997-ci ildə Dərbənd şəhərində anadan olmuşdur. Kiçik yaşlarından idmana xüsusi həvəsi olduğundan idmançı olmağı qarşısına məqsəd qoymuşdur. 2011-ci ildə 3 nömrəli gimnaziyada Hacı Miri Kərimovun rəhbərliyi altında şərq dəyüş idman növü ilə məşğul olmağa başlamışdır. Bir il sonra Eldar Həsənovun rəhbərliyi altında məşğul olmağa başlamışdır. Əldə etdiyi nəticələrdən söz düşəndə Imran dedi: Pəşəkar idmançı olmaq üçün şərait və məşqçi lazım gəldiyindən mən Mahaçqala şəhərinə gedib tanınmış məşqçilərin rəhbərliyi altında məşqlərə cəlb olundum. Keçən müddət ərzində nəticələrində yavaş-yavaş artır. Mən MMA Qriplinq karate və Uşu-sanda üzrə yaxşı nəticələr əldə etmişəm. Birinci üç növ üzrə mən iki qat dünya çempionu və Uşu-sanda üzrə dünya birinciliyinin ikinci mükafatçısı olmuşam. Doğrusu bu hakimin səhvindən baş vermişdir. Lakin, bu məni ruhdan salmamışdır. Dünya miqyaslı yarışlarda belə anlar az olmur.
Sizin sualınıza gəldikdə onu deyə bilərəm ki, pəşəkar idman növlərində Dağıstan azərbaycanlılarından nümayəndələr olduğca azdır. Əsas səbəb də sponsorların olmamasıdır. Azərbaycan Respublikasından isə Mahaçqalanın müxtəlif idman klublarında məşqlərə gələn nümayəndələr kifayət qədərdir. Mən onlarla yaxşı münasibətdəyəm boş vaxtlarımızda bu cür məsələlərə biz də toxunuruq. Yeri gəlmişkən bir daha qeyd etməliyəm ki, lazımı dəsdək olmadan bu gün pəşəkar idmanla məşğul olmaq qeyri mümkündür. Buna görə də istərdim ki, respublikamızın yuxarıda adları çəkilən şəhərlərdə olduğu kimi Dərbənd də idmana qayğı və kömək göstərən iş adamları olsun.
Gələcək planlarımla maraqlanırsınızmı ıbu ayın axırlarında və avqust ayının əvvəllərində məni ciddi yarışlar gözləyir. Ona görə də bütün səylərimi hazırlığa yünətmişəm. Bu yarışlarda yaxşı nəticə qazana bilsəm məqsədimə nail olmaq üçün növbəti mərhələni keçmiş olacağam.
Imran gənc olmağına baxmayaraq çox məqsəd önlü zəhmət sevər özünə inamı olan idmançıdır. Əminəm ki, yaxın illərdə biz Imranın yüksək səviyyəli Beynəlxalq yarışlardan qalib kimi sorağını eşidəcək, onun əldə etdiyi nəticələrlə öyünəcəyik.
K. Kərimov