Musiqi insanın daxilindədir

Musiqininin yaranmasını bir çox şeylərlə müqaisə etmək olar, bu yazıda onların bir qismini təqdim etmək istərdim.
Musiqi insan təxəyyülündə yaranıb, beynindən notlara süzülən bir səsdir. O səs ki, insan harda olur olsun o sə də onunla olur. Insan ürəyindən keçən bütün sözlər, insanın daxilində həzin musiqi kimi sıralanır.
Elə götürək ana laylasını, onun özü böyük bir musiqi əsəri deyilmi? Gör o necə həzin oxunur ki, onun üzərində bir çox həzin musiqilər yaranır. Analar bu laylanı öz övladları üçün sevə-sevə özü öz təxəyyülündə yaradıb və incəliklə övladının qolağına pıçıldayıblar. Ana laylası ilə başlayan bu dünyaya, musiqi dünyası deyirlər.
Misal çəkək küləyin əsməyini, küləyində əsməsinin öz musiqi çalarları var. O həm həzin, həm də oynaq musiqisini çalır. Sanki notların 7-də özü yaradıb. Əyər diqqətlə onun səsini dinləsək, görəcəyik ki, onun necə və nə qədər musiqiləri var.
Şimşək çaxanda diqqət yetirsək, onda olan musiqi çalğılarını da eşidə bilərik. Şimşək səsinin də bam-başq gözəllikləri və özəllikləri var. Onun səsində sanki cəngi harayı, cəngi səsi var. Şimşək çaxanda bütün ailə üzvlləri bir araya yığışıb, onun bitməsini gözlüyürlər. Evin körpələri onun səsindən qprxar, böyükləri də onları bağrına basıb təsəlli edər. Bax ona görə, şimşəyin səsində cəngi səsi olduğunu qeyd etmək istərdim.
Yağış yağır ondan süzülən, hər damlanın öz çalğısı var. Yağış dənələrinin asta-asta yerə düşməsi, həzin bir sevgi musiqisinin yaranmasına səbəb olur. Leysan yağanda isə sevginin möhkəmlənməsin tərənnüm edir. Yağış da sevənləri bir-birinə qovuşduran bir dondur. Çünki yağış yağanda, istər istəməz sevgililər bir-birinə sığınır. Ona görə yağış damlalarından süzülən həzi musiqi, sevənləri bir araya gətirir.
Çay kənarında oturub, onun həzin-həzin axmasına diqqət yetirsək, görəcəyik ki, onun da öz və özünəməxsus musiqi çalarları var. Onun musiqisinin səsi isə, hər kəsi başına toplamaq istəyən bir ailə başçısının çağırışına bənzəyir. Çünki əkin-biçim, taxıl-zəmi, ağaclar çayın suyu ilə suvarılır və qidalanır. Odur ki, çayın səsindəki bərəkət rəmzi əbəs deyil. Çayın səsi muğamatın zəngurələri və rəngarəngliyi ilə əks olunur.
Dəniz kənarında oturub onun çağlamağına qolaq asanda, adam ondan bir çox şey öyrənə bilir. Dalğaların bir-birinə sayrışaraq şirin dialogu, onların rəqs edə-edə bir-biri ilə qabarkəsdi etməyi bunun özü böyük bir musiqi əsəridir. Gah həzin, gah şıltağlığla çağlayan dalğaların musiqi səsi, insan ruhunu necə də gözəl oxşaya bilir. Və onların arasında bu musiqi , duet kimi alınır. O duet ki, hər ikisinin arasında möhkəm bir sevgi təməlini qurur. Dənizin hətda gövrək vaxtları olur onun kövrəkliyini, onun susub danışmayan dalğalarında hiss etmək olur. Baxırsanki dalğalar ha çalışır bir birinə yetişə bilmir. Bax onda kövrək və həzin musiqi yaranır. Amma dəniz xoşbəxt olanda, onun dalğalarının sahildəki qayalara sevə-sevə sarılmağından və sahilinə can atmağından bilinir. Hiss edirsən ki, onun sevgi musiqisi çalınır.
Bulağın axmasını dinləsən, görəcəksən ki, bunu özü elə bir böyük sinfoniyadır. Çünki bulağ öz oynaq musiqisi ilə rəqs edə-edə axır. O çox xoşbəxtdir, çünki dünyanın bütün gözəlləri onun gözündə su içir. Qız-gəlinlərin suya gəlməsi və onun suyundan səhənglərini dolduraraq, deyə-gülə oturmaları, bütün bunlar musiqi deyilmi? Bulağ başı adı altında bir çox bayatılar öz musiqisi ilə yaranıb. Çünki onun özünün öz gözəl çalğısından , əsil sevgi musiqisi yaranır.
Ən nəhayət, insan beynində yaranan musiqi isə, bütün musiqilərdən və notlardan fərqlənir. Çünki o musiqinin bam başaa bir ahəngi var, hansı ki Allah onu insanın beynində həkk edib. Və bütün bu möcüzələri insan barmağlarından ilmə-ilmə, həzin-həzin notlara süzülür. İnsan yol gedərkən daşlardan, ağaclardan, hətda dəmirdən gələn səslərdən bir musiqi yarada bilir. İnsan atdığı öz addımlardan belə, bir neçə not axtarır. musiqi axtarır. Belə insanlara bəstəkar deyirlər, bu bəstəkarların sayəsində bizlər musinin hər incəliklərini görürük. Onlar beyinlərində yarandığı musiqini bizə həm həzin, həm də oynaq cəhətlərini göstərə bilirlər. Və bu incəliklərə söz də öz gözəlliyini qatır, şairin beynində doğulan söz ilmələrini bəstəkar musiqi ilə xalı kimi toxuyur. Bu gözəl hissləri, musiqi və söz ilə bizi feyziyab edir.
Bu barədə daha çox yazmaq olar, amma hər şeydən bir az o daha gözəl olur.
Z. Dərbəndli
Ştatdankənar müxbir.