İtkin düşənlər


Böyük Vətən Müharibəsində itkin düşənlər arasında, ata-ananın yeganə oğlu, iki bacının bir qardaşı Əlifxan Əlifxanov da var. O, Dərbənd rayonunun Rükəl kəndində doğulub. Məktəbi bitirdikdən sonra, bu qanlı müharibəyə Vətənə qorumaq üçün gedir. Gedir amma geri qayıtmayır. Sovestopol döyüşlərində iştirak edib. Təəssüflər olsun ki, onun haqqında çox az məlumatımız var. Amm biz yenə də onları yad etməliyik.
Onun anası Bayramqız, oğul həsrəti ilə yanıb tutuşub, ayağları tutulur, yataq xəstəsi olaraq oğul-oğul deyərək can verib. Bacıları da elə. Xüsusən də kiçik bacısı, ötən ilin iyun ayında rəhmətə getdi. O, hələ də qardaş yolu gözləyirdi, qardaşının şəkli ilə dəfn olunmasını istədi. Əlifxan Əlifxanov geri dönmədi, amma vətən yolunda canını fəda etdi. Allah rəhmət eləsin.
Z. Dərbəndli