Koronavirus infeksiyası ilə mübarizə Dağıstanın başçısı Sergey Melikovun daim nəzarəti altındadır. Bununla əlaqədar Operativ Qərargahın növbəti yığıncağında COVİD-19-la bağlı tam kompleksli problem məsələlər onun iştirakçıları tərəfindən müzakirə edilmişdir.
Səhiyyə Nazirliyinin Rospotrebnadzor idarəsinin məlumatlarına əsasən Dağıstanda epidemioloji vəziyyət kifayət qədər çətin olaraq qalmaqdadır.Keçən həftə Mahaçqalada bununla əlaqədar vəziyyət gərginləşərək COVİD-19-a yoluxanların sayında xeyli artım müşahidə edilmişdir. Yanvarın 18-19-na olan məlumata görə isə Dağıstan Respublikasında laboratoriyada təsdiqlənmiş «omikron» ştammının yaratdığı ilk koronavirus infeksiyası 38 yaşlı sakində qeydə alınıb. «Оmikron» ştammının aşkarlanması Rospotrebnadzorun Stavropol Taun Əleyhinə Elmi- Tədqiqat İnstitutunda ardıcıllığın nəticələri ilə təsdiqlənib.
Region başçısının fikrincə, « оmikron» yeni stammının yayılması ilə əlaqədar vəziyyət daha çətin ola bilər-bizim ölkəmizdə artıq onun yayılması halları aşkar edilmişdir.Yeni ştammın xüsusiyyətləri ,onun artırılmış potogenliyi nəzərə alınmaqla Federal səviyyədə PSR- testi təsir müddətini əvvəlki 72 saatdan 48-lə məhdudlaşdırılması haqqında Federal səviyyədə qərar qəbul edilmişdir. Subyekt başçısı koronavirusla bağlı tədqiqatların həcmini dəfələrlə artırılması vəzifəsini qarşıya qoymuşdur ki,bu da başlanğıc stadiyalarda ona diaqnoz qoymağa imkan yaradacaq və bununla belə ,müasir müalicəni təmin etməyə imkan verəcəkdir.
Sergey Melikov həmçinin qeyd etmişdir ki,vaksinasiya üzrə işlərdə xeyli irəliləyişlər olmasına baxmayaraq ,bu işdə yol verilmiş geriliyin respublikada aradan qaldırılması hələki mümkün olmamışdır.
Könüllülərdən (Volontyorlardan) ibarət ictimai patrulların ,ictimai təşkilatların nümayəndələrinin yoxlamalarının nəticələri bunu göstərir ki, hələ vəziyyət qənaətbəxş deyildir.
Elə bu məqsədlə də vətəndaşların peyvənd olunmasını təşviq etmək üçün könüllülər hərəkatına kömək məqsədilə Dərbənd şəhər gənclər hərəkatının sədri Hüseynova M.N ilə görüşüb bu barədə söhbət etdik.
-Minavər Nadirovna, yeni koronavirus infeksiyasının yayılması «оmikron» ştammının artıq bizim respublamızda da qeydə alınması,yəqin ki,Sizi də narahat edir.Bununla əlaqədar Sizin təşkilatınız hansı qabaqlayıcı tədbirlərə qatılıb?
-Düz buyurursunuz,bu,hamı kimi bizi də çox narahat edir.Mənim fikrimcə,biz bu vəziyyətdə ilk növbədə qoruyucu vasitələrdən düzgün və yerində istifadə etməli,peyvənd olunmalı və insanların sıx toplaşdığı tədbirlərdən özümüzü çəkindirməliyik.
- Təşkilatınızdakı gənclərin ,hazırki vəziyyətlə əlaqədar ,işləri barədə nə deyə bilərsiniz?
-Bilirsiniz,təşkilatımızın üzvləri bu vəziyyətlə əlaqədar çox iş görüblər,və yenə də görməkdə davam edirlər.Hal- hazırda əhalini peyvənd olunmağa cəlb etmək üçün təşviqat aparırlar.Yaşlı,yardıma ehtiyacı olan,peyvənd etdirmək istəyən insanlara məntəqələrə gəlmək üçün kömək edirlər.Kimsəsiz,ehtiyacı olan insanlara dərman preparatlarının çatdırılmasında köməklik göstərirlər və sairə yardımlar da edirlər.
-Çox sağ olun,Minavər Nadirovna,biz Sizdən elə bu cavabları da gözləyirdik
Necə deyərlər, «Quyuya salsan da ,yaxşılığı ,bil Yenə qayıdacaq,o itən deyil».Аllah hamımızı bu bəladan qorusun.
N.Rəhim qızı