May ayında Dağıstana rekord sayda- 100 min turistin gələcəyi gözlənilir.Regionda artıq otellərin 90% may tətili üçün sifariş verilib-deyə Turizm nazirliyinin bölgə üzrə mətbuat xidməti məlumat yayıb.
“Bu ay biz rekord sayda 100 min turist gözləyirik. Qarşıdakı may tətilləri ilə əlaqədar respublikanın 3 və 4 ulduzlu otellərində 90% qədər yer sifsriş verilib.Bu il turizm trafikində həqiqi bir bumu gözləyirik.Yəqin ki, bu, Türkiyə höküməti ilə müntəzəm və çarter reysləri ilə əlaqədardır” –deyə mətbuat xidməti xəbər verib.Turizm nazirliyində deyildiyi kimi turistlərin ziyarət edəcəkləri əsas istiqamət –Maxaçkala,Dərbənd,Sulak kanyonu, Xunzax və Qunib rayonlarıdır.
Coğrafiya isə günü-gündən geniçlənir.Təşkil olunmuş turist dəstələri aktiv istirahət həvəskarlarıdırlar, dağlara piyada yürüşünə də üstünlük verirlər. Alp dağ Qamsula da turizm axını xeyli artmışdır-deyə mətbuat xidmətindən əlavə etdilər.Dağıstanın təbii və arxeoloji cəhətdən unikal varlı obyektləri vardır.Bu Rusiyanın ərazisində Samur çayının deltasında yeganə subtropik meşəzolağı və Avrasiyada ən böyük,uzunluğu 12 km. olan Sulak kanyonundakı qum təpəsidir ki, ABŞ –dakı ən məşhur Böyük kanyondan qat- qat dərindir.Bölgənin həm də planetin ən böyük qapalı su hövzəsi- Xəzər dənizinə çıxışı var.
Bölgənin ərazisində 6-cı əsrdə əsası qoyulan Kala-Kareyş qalası və 19-cu əsrdə Qafqaz müharibəsi zamanı Rusiya tərəfindən inşa edilən Qunib qalası yerləşir.Dağıstanın xüsusi memarlıq abidəsi isə dünyanın qədim şəhərlərindən biri Dərbənddə yerləşən qədim Narın –qala qala kompleksidir.
Dağıstanda turizm trafikinin illik artımı müşahidə olunmaqdadır, beləki 2017-ci ildə respublikaya gələn turistlərin sayı 608 min nəfər idisə bu rəqəm 2018-ci ildə
700 min,2020-ci ildə 840 min, yəni 2019-cu ilə nisbətən bir qədər azlıq təşkil edir.