Müəllimlik elə bir müqəddəs zirvədir ki, o zirvəni hər kəs fət edə bilməz. Allah taala da öz müqəddəs «Qur-ani Kərim» ikitabında, müəllimlimliyə ən yüksək qiymət vermişdir. Ilk öncə Allahdır, valideyndir sonra isə müəllimdir. Gör bu peşə nə qədər güclüdür ki, Yaradanımız özü onun adını müqəddəslərlə yanaşı çəkib. Müəllim uşağın ailədən sonra tərbiyə aldığı, ikinci şəxsdir. Uşağın içtimayətə necə tanınmağı, onun biliyi üzərində çalışdırıb önə çıxarılması. Bütün bunları edən elə müəllimin özüdür.
Belə müqəddəs peşəni seçən bir çox bacı və qardaşlarımız var, bu günki müəllim həmsöhbətim Maidə Abumüslümovna Əlibəyovadır. Biz hər hansı bir peşə sahibindən yazarkən, düşünürük ki, onu hansı rəng çalarlarıyla bəzəyək? Amma söhbət müəllimlik peşəsindən gedəndə, bu barədə heç düşünmürük. Çünki o elə bir peşədir ki, onun öz rəngləri, öz çalarları var. Ona nə bəzək lazımdır, nə rəng.
-Salam Maidə müəllimə, necəsiz? Sizi o qızıl vaxtınızda bir azca bizim üçün ayırdığınız üçün, sizə təşəkkür edirəm. Sizi «DƏRBƏN»respublika qəzetinin əməkdaşı olara narahat edirəm.
-Əleykə salam, mənim üçün də çox xoş oldu. İnsanlarla ünsiyyəti çox sevirəm. Xüsusən də, şəhərimizin əzəmətli adını daşıyan qəzetin əməkdaşı ilə həmsöhbət olmaq bir daha xlş oldu.
-Maidə Abumüslümovna, bir az özünüz barədə danışardız. Sizi sevənlər və yeni tanıyanlar üçün.
-Mən Maidə Abumüslümovna Əlibəyova 1954-cü ildə may ayının 2-si Dərbənd şəhərində anadan olmuşam. İlk orta təhsilimi, Dərbənd şəhər Məzahir Rzayev adına 4 nömrəli orta məktəbdə almışam və oranı bitirmişəm. Məktəbi bitirdikdən sonra bir müddət pioneryünətimçisi vəzifəsində çalışmışam, sonra bir müddət də Elektrosiqnal zavodunda çalışmışam. Eyni zamanda da 1972-ci ildə Dağıstan Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil oldum və 1977-ci ildə inctitutu bitirib.1977-ci ildən 2004-cü ilə kimi 4 nömrəli orta məktəbdə rus dili və ədəbiyyatı müəllimi vəzifəsində çalışdım. Bir müddət sonra tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olundum.
-Bu qədər yükü çiyinlərizə almağ, bir qadın üçün çətin deyildimi? Kollektivinizlə münasibətiniz nedir?
-Yox heç bir çətinlik yoxdur, Aslanın ərkayi dişisi olmaz. İş insanı gümrahlaşdırır, insana ruh verir. Düzünü deyim, bu çalışdığım illər ərzində, öz müəllim kollektivimin arasında öz sevgimi qazana bilib, onların ürəyində yer tuta bilmişəm.
-Eşitdiyimə görə, bir vaxtla öz iş yerinizi dəyişmişdiniz. Bu nə ilə bağlı idi, yəni bir az maraqlı gəldi.
-Bəli 2004-cü ildə özüm könüllü olaraq işdən azad olundum, heç bir səbə yox idi. Mən bir müddət Dərbənd Mədəniyyət İncəsənət İnstitutununda işləmişəm və 2014-cü ilə kimi orada çalışmışam. Onu da deyim ki, o kollektimlə də münasibətim gözəl idi. Həm kollektiv, həm də tələbələr arasında öz sevgimi qazanmışdım. Və həmin 2014-cü ilin sentyabr ayında yenə də, könüllü olaraq bu işindən də ayrıldım və yenə də öz doğma məktəbimə. Dərbənd şəhər 4 nömrəli orta məktəbə geri qayıtdım. Bu dəfə akademik və tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edildim. İndi hal-hazırda da burada işləyirəm.
-İş yerinizi yenidən dəyişdiyinizdə sizin üçün çətin olmadı? Siz bi peşəni özünüz istəyərək mi seçdiniz, yoxsa valideynlərinizin arzusu idi bu? Bəzən belə hallar da az olmur, o üzdən sual verdim.
-Məktəbdi bitirdikdən sonra gələcək peşə seçimi ilə bağlı qarşımda bir sual var idi. Mənim peşə seçimim demək olarki, uşaqlıqdan müəyyənləşmişdi. Mən uşağkən də məktəb oyunu oynamağı sevərdim. Həm kuklalarımla, həm də rəfiqələrimlə məktəb oyunu oynayırdım. Onlara nəyisə izah etmək, qiymətlər vermək kimi oyunlar oynayırdım. Və bunun üçün də müəllim olmağı çox istəyirdim. Və bu mənim öz istəyimlə seçdiyim peşədir, işimdən də çox razıyam. Mənim seçimimə, valideynləridə razılaşdılar.
-İlk məktəbə gedəndə, ürəyinizdən nələr keçdi? Yəni nəyi dəyişmək istədiniz?
-Mən ilk məktəbə getdiyim gün, bütün hər şeyi anlamağa başladım. Heç nəyi dəyişmək istəmədim, elə ilk gündən məktəbə çox bağlandım. Böyüdükcə ləyaqətli, gözlərimdə və ruhumda elm parıldayan müəllimləri bəyənmişəm, onların davranışlarına baxmışam. Mən müəllimlərdə kübarlığ, insanı xüsusiyyətləri çox sevirəm. Və bu istədiklərimi mənim rus dili və ədəbiyyatı müəllimimdə görə bildim. Və o mənim ən çox sevdiyim Larisa Vladimirovna Sosnovskaya idi,
Allah ona rəhmət eləsin. Mən bu gün müəllim olduğuna görə, ona xüsusi minnətdaram.
-Müəllimlik necə bir xarakter istər? Müəllim olmaq üçün. Əsil müəllimdən söhbət gedir, əsil müəllkm olmaq üçün insanda hansi xüsusiyyətlər olmalıdır, müəllim olmaq çətindirmi?
-Əlbəttə ki, müəllim peşəsi laqeyd insanlar üçün deyil. Bu peşə çox zehni və emosional bilik tələb etdiyindən, onu seçən insanda güc tələb olunur. Həm də bu peşə insandan çox boş vaxt alır, ona görə də çox çətin peşədir. Müəllim olmaq mənim üçün hər bir şagirlə ayrı ayrılıqda onlara müraciət etmək və onların biliyini artdırmaq deməkdir. Təlimlərin müəyyən bir uşaq üçün nə demək olduğunu və bu şagirdə nə verə biləcəyini düşünün. Müəllim vaxt keçdikcə işindən, yeniliklərindən, müxtəlif metodlardan istifadə etməlidir. Hər bir müəllim, tədris olunan materialı yaxşı bilməlidir. Çünki uşaqların sevgisi və etibarını, müasir texnika ilə silahlanaraq qazanmaq mümkün deyil.
-Bu çətin və məsuliyyətli işdə, qazandığınız uğurlarınız nələr olub? Siz sadəcə şöhrət qazanmaq üçün, müəllimlikdən istifadə edənlərə nə deyərdiniz?
— İşlədiyim bu müddət ərzində Rusiya Federasiyasının Ümumi təhsili üzrə Fəxri İşçisi adına layiq görülmüşəm və Dağıstan Respublikası Təhsil və Elm Nazirliyinin fəxri fərmanı ilə də təltif olunmuşam. Ondan əlavə MBU-64 və Dərbənd şəhər şəhər dairəsi ictimai təşkilatının Fəxri fərmanları ilə də təltif edilmişəm. Mən bütün bu qazandığları özüm istəyərək almamışam, bütün kollektiv bilirki mənə bu mükafatları layiq bildikləri üçün veriblər. Pulnan alınan ad, paltar üstünə düşən ləkə kimidir. Çalış nə alırsan al, alın tərinlə al. Bax o sənin üçün, əsil baş ucalığıdır.
-Maidə müəllimə həm qəzetimizin oxucuları üçün, həmdə sizi yeni tanıyanlar üçün. Ailəniz, övladlarınız haqqında qısa da olsa deyərdiz.
-Böyük məmnuniyətlə, mənim iki yetkin övladım var. Bir oğlan, bir qız. Qızım Aida Bakıda yaşayır, musiqi müəllimidir. İki uşağı var bir oğlu və bir qızı, oğlu Azərbaycan Tibb İnstitutunun tələbəsidir, qızı isə hələ məktəblidir. Oğlum isə Dərbənddə yaşayır, Şəhəryaşıllaşdırma idarəsində aparıcı mütəxəssisi vəzifəsində çalışır. İki övladı bir oğlu və bir qız var. Oğlu 8-ci sinifdə, qızı isə 4-ci sinifdə oxuyur.
-Sonda oxuculara sözünüz.
-Oxuculara sözüm budur ki, «Dərbənd» qəzetinə abunə olaraq alı oxusunlar. Çünki bu qəzet adi qəzet deyil, bu bizim şəhərimizin adını daşıyan şəhərdir.
-Öz vaxtınızdan ayırıb, mənim suallarımı cavablandırdığınıza görə sizə həm öz adımdan, həm də bütün redaksiyamız adından təşəkkür edirəm.
-Əksinə, mən sizə təşəkkür etmək istəyirəm. Məni sayıb, mənlə müsahibə aldığınıza görə. Bütün redaksiya heyətinizə minnətdaram.
Özü haqqında çox az danışmaq istəyən bu dəyərli xanımla, tanışlığıma çox şad oldum. Onunla maraqlı bir söhbət etdik, onun necə mədəni bir xanım olduğunun şahidi oldum. Çünki onun özündənrazı olmamağı, mən də hamı kimi müəllimən. Şəhərimizdə o qədər dəyərli müəllimlər varki deməsi, mənim daxilimdə ona qarşı böyük hörmət yaratdı. Axı bu dövr elə bir dövrdür ki, hərə özünü önə çəkmək istəyir. Amma Maidə Abumüslümovna Əlibəyovü isə, tamam ayrı dünyadın adamıdır. Əsil müəllimlik əzəməti hansı ki, onu mənim gözümdə ucaltdı. Mən bu xanımda əsilzadəlik, kübarlıq və bir çox insanı cəhətləri gördüm. Maidə müəlliməyə bu çətin və müqəddəs işində uğurlar və daha yüksək zirvələr arzu edirik.
M. Seyidov