Müsabiqə keçirilib


Dekabrın 21-də, Dərbənd rayonunun Gecux kənd 4 saylı Uşaq İncəsənət Məktəbinin akt zalında. Dərbənd rayon Mədəniyyət, Gənclər Siyasəti və Turizm İdarəsinin təşkilatçılığı ilə Dərbənd rayon incəsənət məktəblərinin şagirdləri arasında “Gənc vokalçı” vokal müsabiqəsi keçirilib. Gecux, Tatlar, Xəzər və Məmmədqala kəndlərinin incəsənət məktəblərindən 15 şagird, təqdim olunmuş ərizələrə əsasən müsabiqədə iştirak edib. Və, qalibi adı uğrunda mübarizə aparıb. Müsabiqənin səlahiyyətli münsiflər heyəti Dərbənd musiqi məktəbinin müəllimləri Viktoriya Valeriyevna İbrahimova
və uşaq yaradıcılıq evinin direktoru Nailə Nəsirovna Şıxmuradova, Məmmədqaladan Zülfiyyə Sirajutdinovna
Güləhmədova
və Dərbənd rayon qəsəbələrarası mədəniyyət və istirahət mərkəzinin direktoru Adil Zəfəroviç Kuliyev. Bütün iştirakçılarını dinləyərək 1-ci, 2-ci, 3-cü dərəcə müsabiqənin qaliblərini müəyyən etdilər. Tamaşaçı rəğbəti mükafatı və müsabiqənin qran-prisi uğrunda mübarizə, öz qaliblərinə təltif edilib. Müsabiqədə iştiraka görə bütün müsabiqə iştirakçılarına diplomlar, qaliblərə isə “Gənc vokalçı” vokal müsabiqəsinin diplomu, kuboku və hədiyyələri təqdim olunub. Müsabiqənin qalib və mükafatçılarını hazırladıqlarına görə onların müəllimlərinə də diplomlar təqdim olunub.
H. Aslanov