Niyə ölümdən qorxuruq?

 Mənim fikrimcə, ölüm —  insanın bədəni yaşayırsa belə, şüurun fəaliyyətini dayandırmasıdır.

21 –ci əsrdə ölüm nədir? Ölüm mövcud olduğu üçün həyatımızda prioritetlərimiz var. Həyatdakı hər bir şeyi görüb qurtara bilmirik, ona görə də seçim etmək lazım gəlir. Əksər insanların planları siyahısında, çox ehtimal ki, yaşadıqları müddət ərzində həyata keçirə biləcəkləri məhz həmin məqsədləri var. Əks halda seçim mənasız ola bilər və insanlar bunu intuitiv olaraq edir.

Ölüm – keçmişin və indiki dövrün filosofları üçün ən maraqlı təzahürlərdən biridir. Biz bilirik ki, insan həyatı sonludur, bu isə o deməkdir ki, vaxtımız kəskin şəkildə məhduddur. Filosoflar ölüm bilgisinin insan həyatına necə təsir etdiyini öyrənir.
Öz texnologiyaları və dicital sferadakı imkanları ilə 21 –ci əsr ölümün ümumiyyətlə nə olduğu haqqında bizi çoxlu suallar verməyə məcbur edir. Bioetika çərçivəsində ölümün meyarlarının nələr olduğu ətrafında günümüzdə olduqca maraqlı müzakirələr aparılır.


Keçmişdə hər şey sadə idi: insanın nəfəsi dayanır, onun ürəyi daha döyünmür – demək ki, ölüb. Amma bu gün texnologiyalar sayəsində vegetativ vəziyyətdə və komada olan insanları həyatda saxlamaq mümkündür. Nəfəs alırlar, lakin şüurları sağlam insanlarda olduğu kimi daha işləmir. Bu, dövrümüzün ən narahatedici mühüm suallarından biri onlar sağdırmı?
Fəlsəfi nöqteyi-nəzərdən bu fikirlərə baxsaq, fenomenoloji ənənəyə sadiq qalan  filosov Martin Haydeqqer və digər filosofların insan üçün ölümün yeni təcrübə və təəssüratlar qazana bilinmədiyi anda gəldiyinə əmin olduqlarını xatırlamaq olar. Hətta insanın daha əvvəlki empirik təcrübələrinin izləri rəqəmsal formatda yaşamağa davam etsə belə.
İnsanın öz faniliyini dərk etməsi “dəyər” anlayışı ilə də bağlıdır. Hər hansı bir şeyin dəyəri onda başa düşülür ki, biz onun əbədi bir şey olmadığını anlayaq. Yalnız bir gecə çiçək açar və məhz bunun üçün gözəl olan bir gül. Həyatın sonlu olduğunu nə qədər yaxşı başa düşürsənsə, müəyyən şeylərin dəyəri bir o qədər artır.

Bizi əhatə edən şeylərin bir sonu olduğu barədə düşünmək öz ölümlülüyümüzü dərk etməkdən daha asandır. Biz bunu hissiyyatla deyil, rasional səviyyədə başa düşürük. Martin Haydeqqer bunu bu cür izah edir ki, ölümün gələcək zamanda baş verəsi bir hadisə olduğunu düşünmək insanlara xasdır: “Mən hələcavanam, hadisəçox qoca olanda baş verəcək vəindi buna görə narahat olmağa dəyməz”. M.Haydeqqer belə təəssüratı “qeyri-mötəbərlik” deyə adlandırır. Məhz bunun sayəsində əbədi həyatın mövcud olub-olmaması barədə malxülyaya düşmürük və gündəlik işlərimizlə məşğul olmağımız mümkünlük tapır. Filosofun zənnincə, bunu etmək üçün varlığın “qeyri-mötəbərliyinə” yetişmək, yaxud başqa deyimlə öz mövcudluğunun lap əvvəldən mənasızlığını anlamaq və ölümü, məsələn, həyəcan və ya həsrət kimi hissi təcrübələrdən keçirərək qəbul etmək lazımdır. 1927-ci ildə nəşr etdiyi “Varlıq və zaman” kitabında yazır ki, bunu qəbul etdiyimiz yaxud etmədiyimizdən asılı olmayaraq, biz bir mahiyyət kimi ölümə doğru amansızca irəliləyirik.
Ümumiyyətlə ölüm fikrini bir kənara atmaq lazımdır. Onun üçün həyat və ölüm – iki tamamilə fərqli, müqayisə olunmayacaq anlayışlardır. İnsan yaşadığı zaman ölüm mövcud olmur, çünki o, canlı olduğu üçün ölümü yaşaya bilməz. İnsan öldükdə isə daha heç kəs narahat olmalı deyil. Beləliklə, həyat və ölüm, bir-biri ilə heç cür əlaqəli deyil. Əslində bu mövqedə kiçik bir hiylə payı var, ya da ki, bu cavabı natamam adlandırmalıyıq. Axı əslində əksər insanları ölümün özü deyil, ölümlə bağlı hallar narahat edir. Məsələn: onlar, sağalmaz xəstə olacaqları, travmaya məruz qalacaqlarından vəfəaliyyət qabiliyyətsizliyinə gətirib çıxaracaq hadisələrdən qorxurlar. Qorxurlar ki, qəzaya uğrayacaqlar və ya onları yırtıcıbir heyvan parçalayacaq. Ölümdən qorxu özündə başqa qorxuları da cəmləşdirir: şikəstlik və xəstəlik qorxusu, bədən üzvlərinin fəaliyyətinin itirilməsi və həyati təhdid qorxusu.
Martin Haydeqqerin yazdığı kimi, ümumiyyətlə daha “xalis”, daha həqiqi olacaqlar. Məncə də gələcəkdə insanlar dürüstlüyə daha çox dəyər verəcəklər. Fəlsəfə praktikaları köməyilə isə həyatlarını yaşamağı öyrənə, xoşladıqları işlə məşğul ola biləcəklər. Həyatın gözəlliyini, həyatda varkən yaşayacaqlar və bu gözəlliklərdən faydalana biləcəklər. Bu dəyişikliklərin açarı təhsil olacaq. İnsanlar getdikcə ağıllı olacaq.

Quliyeva S.