Poeziya gecəsi keçirildi

Sentyabrın 21-də Dərbənd şəhər Bestujev-Marlinski adına Muzeydə. Dağıstan Respublikasının Xalq şairi Fazu Həmzətovna Əliyevanın 90 illik yubileyinə həsr olunmuş “Vətən! Mən sənin böyük bağının quşuyam” adlı, təntənəli bir poeziya gecəsi keçirildi. Gecə, muzeyin çiçəkli bağçasında təşkil olunmuşdu, ora gələn qonağları da, həmin gözəl bağçada qarşıladılar. Tədbirdə Dərbənd Musiqi Texnikumunun əməkdaşları və tələbələri, yerli şairlər Zeynəb Dərbəndli və Fəxrətdin Qəribsəs iştirak ediblər.


Tədbirdə həm də, Dərbənd şəhər Mərkəzi Kitabxananın əməkdaşları, «Kaspiy» Dövlət rəqs ansamblı və S.Stalski adına Ləzgi Teatrının artistləri iştirak etdiblər. Həmin gün muzeydə şairənin yaradıcılığına həsr olunmuş sərgi tərtib etmişdi. Şair Fəxrətdin Qəribsəs Fazu Əliyevanın şeirlərini Azərbaycan dilinə tərcüməsindən və onun yaradıcılığından danışdı.


Və onun bu tərcümələrindən birinə Azərbaycanlı bəstəkar Elmir Mədətoğlunun mahnı bəstələdiyini söylədi. Şairə Zeynəb Dərbəndli öz çıxışında həmin o mahnını və «Kimlər gəldi, kimlər getdi bu dünyadan» mahnısını ifa etdi. Və bu çıxış hər kəsi heyran etdi. Tədbirdə olan və iştirak edən qonağlar tədbirdən çox böyük zövq aldılar.
M. Seyidov