Dünən, şair Məmmədhəsən Bayatlı, «Dərbənd» respublika qəzetinin qonağı olub. O bu qəzetin hər səhifəsini sevə-sevə oxuyan oxucularındandır. Özü də yazar adam olduğu üçün, qəzetdə yazılan hər bir məqaləni, izləyir və oxuyur. Qəzetin hər bir nömrəsini, öz arxivində saxlayır. Məmmədhəsən Bayatlı gözəl şeirlər müəllifidir, onun ədəbiyyata bağlılığı lap uşağlıqdandır. Həmişə Azərbaycan klassiklərini oxuyub, onların həyatı ilə maraqlanıb. Şairin bugün, öz doğma dilində çap olunan, Rusiyada Azərbaycan dilində çap olunan yəganə qəzetinə, böyük sevgisi var. Çünki, bu qəzet hər birimizin doğma dilidir. Şairə Allahdan can sağlığı, yaradıcılıq uğurları arzulayırıq.
Z. Dərbəndli