QALIBLARI TƏBRİK EDİRİK!

Hər il mart ayında həm doğma ana dili, həm də hər bir xalqın mədəniyyətini təbliğ edən müsabiqələr keçirilir. Unudulan adət-ənənələr, toy və xına yaxtı mərasimləri. Gəlin aparmaq, gəlin köçürmək kimi ənənələri nümayiş etdirirlər. Və hər dəfə Dərbəndimiz də, bu müsabiqələrdə feal iştirak edir. Şəhərimizin bütün təhsil ocağlarında, məktəb və kolleclərdə bu müsabiqə üçün hazırlıqlar keçirilir. Nəhayət bütün xalqların adətləri üzrə müsabiqə, yekunlaşdı. Müsabiqədə həm toy, xına yaxtı, həm də milli geyimlərin nümayişi və bir çox ənənələrin göstərilib. Bu müsabiqə, böyük zövq ilə başa çatıb. Və martın 31-də Bələdiyyə Dağ Yəhudiləri Teatrının səhnəsində “Ana dili – xalqın ruhudur” adlı müsabiqəsi qaliblərinin qala-konserti də baş tutub. Beynəlxalq Ana Dili Gününə və Rusiya Xalqlarının Xalq Yaradıcılığı və Qeyri-Maddi Mədəni İrs İlinə həsr olunmuş festivalın yekunu və qala-konsertində təhsil şöbələrinin rəhbərləri, müəllimlər, ictimaiyyət nümayəndələri, valideynlər və təbii ki də bu müsabiqənin iştirakçıları feal iştirak edirdilər. Xatırladaq ki, festival- müsabiqəsinin təşkilatçıları Dərbənd Şəhər İcra Hakimiyyətinin mədəniyyət, gənclər siyasəti və idman şöbəsinin mədəniyyət şöbəsi olub. Mədəniyyət idarəsinin sədri Samilə Nəcəfova tədbirin qonaqlarını salamlayaraq çıxış edib. O, “Dil mədəni irsimizin maddi və qeyri-maddi formada qorunub saxlanılmasında və inkişafında ən böyük və güclü vasitədir. Festivalımızın ideyası da məhz Dağıstanda yaşayan xalqların mədəni və dil müxtəlifliyini nümayiş etdirmək məqsədi daşıyırdı. Bunu belə aydın nümayiş etdirən bütün iştirakçılara və bütün bu müsabiqə boyu, iştirakçıları izləyərək onların arasında ən isdedadlısını seçməyi bacaran münsiflər heyətinə təşəkkür edirəm. Hər birinə, öz qızıl vaxtlarını ayıraraq bizimlə bərabər olduğlarına görə, ayrı-ayrılıqda təşəkkür edirəm”, — deyə vurğulayıb. Müsabiqə iştirakçıları bu bir ay ərzində 7 yaradıcılıq nominasiyası üzrə festivala hazırlaşıblar. Bütün adət və ənənələri festivalda canlandırmaq üçün filmlərə baxılıb, xüsusi ədəbiyyatı öyrəniliblər. Belə anlar üçün, xüsusi olaraq geyimlər tikilib, ssenarilər yazılıb, mahnılar seçilib, rəqslər məşq edilirdi. Və hər bir iştirakçı, nümayiş etdirəcəyi nömrənin parlaq və yaddaqalan olması üçün can fədakarlıq göstərib. Qala-konsertin proqramını məhz bu nömrələr təşkil edirdi. Ənənəvi və ya unudulmuş milli adətlərimizin nominasiyası üzrə qaliblər Azərbaycan toy mərasiminin ən qədim, çox parlaq və rəngarəng musiqili “Xına yaxdı” mərasimini müsabiqəyə təqdim edən, Dərbənd şəhəri Mirzə Kazem Bəy adına 16 saylı tam orta təhsil məktəbi. Öz yadda qalan çıxışları ilə həm münsifləri, həmdə digər qonağları heyran edib. Dərbənd şəhər Kazıəhmədov adına Pedaqoji Kolleci də köhnə Tabasaran «Gəlin getmə» mərasimini təqdim edib. Dərbənd Peşəkar Pedaqoji Kollecinin tələbəsi Fatimə Əmirovanın ifasında Azərbaycan xalq mahnısı ilə qeyri-adi incə, təsirli «Sarı gəlin» rəqs kompozisiyası təqdim olunmuşdu və münsiflər tərəfindən sevilərək bəyənilmişdi. “Milli mahnı” nominasiyası üzrə qalib isə Dərbənd şəhərinin 2 saylı Uşaq Musiqi Məktəbinin şagirdi Railə Səfərəliyeva və müəllim Yelena Sultanova olublar. “Xalq sənətləri şəhəri” nominasiyası üzrə 1-ci dərəcəli diplom Dərbənd Xalq Sənətləri və Turizm Kollecinə verilib və həmin təhsil müəssisəsinin iştirakçıları tərəfindən “Dekor elementlərinin təsviri ilə milli geyimlərin defilasiyası” nominasiyası üzrə qalib olduqları üçün təqdim olunub. Doğrudanda belə müsabiqələrin tez-tez keçirilməsi vacibdir. Həm gələcək nəslin nümayəndələri öz milli adət-ənənələrini öyrənmiş olurlar, həm də az da olsa milli ruhda böyümələrinə təkan olur. Qala-konsertdə festival boyu bütün tamaşalara nəzər salan, hər incəliklərini izləyən və ən yaxşılarını seçən, dəyər verən müsabiqənin münsiflər heyəti. Qaliblərin şərəfinə təbriklə çıxış ediblər. Nəğməkar şairə və müğənni Zeynəb Dərbəndli. «Xına yaxtı» mərasiminin haqqında, «Bu mərasim çox qədim və ulu soyumuzdan bizlərə bu günə gəlib çatan.

Aradığca da, açılmamış səhifələrin varağlanaraq tariximizin kökündən bu dövrə kimi axan bu milli adət-ənənəmizin, bu gün belə gənclər tərəfindən nümayiş olunması, mənim üçün qürurverici bir hiss oldu. Hər bir xalqın tarixi var və hər kəs öz tarixini yaşatmalıdır. Azərbaycan xalqının varlı tarixi isə, aradığca hələ çox şeyləri ortaya çıxacaq. Bütün bunları, gələcək nəsillərimizə çatdırmalıyıq. Şəhərimizdə belə müsabiqələrin keçirilməsində, böyük rolu olan Dərbənd mədəniyyət idarəsinə xüsusi təşəkkür edirəm. Bizim gələcək nəslimiz milli ruhda böyüməsində, böyük rolu olacaq hər bir müsabiqə, vacibdir»-deyə həm də təbriklə vurğulayıb. Dərbənd şəhəri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Diana Əliyeva, «Mən bu uşağların bu cür çıxışına heyran qaldım, onlara bu adət-ənənələri sevdirməyi və öyrətməyi bacaran müəllimlərə alqış düşür. Çünki bu gənclərin, belə milli ruhda böyüməsi hər bir millət üçün qürurvericidir»- deyə təbrik edib. Tabasaran şairi- dramaturqu Elmira Aşurbəyova, «Mən belə müsabiqələrin təşkilinə görə, bizim şəhərimizin Mədəniyyət şöbəsinə təşəkkür edirəm. Bizim gələcək nəsillərimiz, belə milli ruhda çıxış etmələri sözün əsil mənasında təqdirə layiqdir»- deyə çıxış edib. Rəqqas və xoreoqraf Nəriman Cabarov, «Mən həm «Xına yaxtı» və «Toy» mərasimlərinin nümayişinə, həm də rəqslərə heyran qaldım. Xüsusən də Fatimə xanımın «Sarı gəlin» rəqs kompozisiyası məni valeh etdi. Mən də hər birinə uğurlar arzulayıram»- deyə çıxışına yekunlaşdırdı. Sonda, Dərbənd şəhəri Mədəniyyət, İdman, Gənclər siyasəti və Turizm idarəsinin sədri Samilə xanım Nəcəfova. Həm müsabiqə iştirakçılarına, həm də bu müsabiqə boyu bu festivalı səbr və dürüstlüklə izləyən münsiflər heyətinə təşəkkür etdi. M. Seyidov