Şəhərimizin problemləri


Dərbənd şəhəri, dünya gözündə bir əl çatmaz zirvədir. Ölkəmizin hər yerindən, hətda ölkəmizdən kənarlardan da bura qonağlar, turistlər gəlir. Bütün bunlar, adamın könlünü xoş edir. Amma, bu ammaya hələ də çarə edən yoxdur. Şəhərin mərkəzi küçələrində, it sürüləri baş alıb gedir. Uşağlar məktəbə, böyüklər işə gedə bilmir. Onların qorxusundan, yollarını dairəvi keçməli olurlar. Bu itləri hər kəs görür, yenə də amma var. Amma heç kimsı buna son qoymur. Axı belə bir gözəl şəhərdə, it sürüsünün olmağı yaxşı hal almır. Aralarında quduz itlər də var, biri hürürsə, digərləri də ona qoşulub camaatın dalıyca qaçırlar. Nə qədər ki, bir faciə yaranmayıb, bunun qarşısını almaq lazımdır.
M. Seyidov