Azərbaycan suyu, havası, daşı, torpağı ilə böyük bir mədəniyyət ocağıdır. Bunu təkcə mən demirəm, onun yüksək mədəniyyət və incəsənət ocağı olduğu dünyada tanınır . Orada doğulan hər bir insan onun havasını udur, suyundan içir və sanki mədəniyyət bələyinə bələnib, ana qucağında böyüyür. Azərbaycan hər bir ölkədə zəngin mədəniyyəti ilə tanındığı kimi, övladları da onun hüdudlarından kənarda yaşasalar belə, onun nəfəsini, varlığını daim təbliğ edirlər,yaşadırlar. Belə insanlardan biri də, günəşli Azərbaycanın gözəl ,füsunkar bir guşəsi olan Xaçmaz rayonunun Dədəli kəndində, ziyalı ailəsində dünyaya göz açan Hörmət Mütəllim oğlu Aslanovdur.
O, orta məkrəbi öz doğma Dədəli kəndində bitirərək hərbi xidmətə yollanır, hərbi xidməti başa vurduqdan sonra isə Dağıstan respublikasına, Dərbənd şəhərinə üz tutur. O, Dərbənddə İvanov adına Dövlət Universitetinin biologiya fakultəsini daxil olub, oranı bitirdikdən sonra Azərbaycan Dövlət Dram teatrında işləməyə başlayır. Teatrda işlədiyi nüddətdə də Mahaçqala şəhərində yerləşən Dağıstan Dövlət Universitetinin aktyorluq fakultəsinin qiyfbi şöbəsində təhsilini davam etdirərək aktyorluq sənətinə yiyələnir. Və bununla da kifayətlənməyərək o, Rusiyanın paytaxtı Moskva şəhərinə yollanır.
Moskvada Müasir Texnologiyalı Milli Akademiyanın rejissorluq fakultəsinin bitirir. Üç ali təhsilə yiyələnən bu gənc ajtyor Hörmət Aslanov öz bacarığı , sənətdə göstərdiyi səyinə və səhnə mədəniyyətinin dərinliklərini mənimsəyə bildiyinə görə, Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram teatrının bacarıqlı aktyoru və baş rejisor köməkçisi kimi fəaliyyət göstərir. O, öz yaratdığı obrazları ilə, hər kəsin qəlbində özünə sevgi,məhəbbət qazana bilmişdir.
Bacarıqlı aktyor Hörmət Aslanov, bir çox yaddaqalan obrazları ilə tamaşalarda çıxış edərək tamaşaçıların rəğbətini qazana bilmişdir. Onlardan çox az qisminin adlarını burada çəkə bilərəm. Əbdulrəhim-Bəy Haqverdiyevin «Dağılmış tifaq»ında Nəcəf bəy, İftixar Piriyevin müəllifliyi ilə dahi Nizami Gəncəvinin «Xəmsə» tamaşasında Müzəffər, N. Nekrasovun «Sələmçi» tamaşasında Yaqub, Şota Çkadoanın «Bağışla» tamaşasında Ənvər, tamaşanın quruluşçu rejissoru Dağıstan Respublikasının xalq artisti və Dövlət mükafatı laureatı Baysultan Cumakayev, V Sigarayevin «Kimi günahlandıraq» tamaşasında Həmid, Azərbaycan Respublikasının əməkdar artisti Sərvər Əliyevin «Uzaq sahillərdə» tamaşasında Nikolay və bir çox saysız hesabsız tamaşalarda baş rolda və ya tərəf kimi çıxış edib. Yaratdığı hər bir obrazı, sanki öz həyatı kimi oynamağı bacaran aktyor, hər obraz üçün can qoyur. Onun obraza tez girməyi, rolun öhdəsindən gəlməyi, hətda tərəf müqabillərinə də dəsdək olmağı onun bu sənətdə, əvəzsiz bir aktyor olduğunun sübutudur.
Ona sual verəndə ki, «Bütün bu oynadığınız rollarda, yaratdığınız obrazlarda nifrət etdiyinuz obraz olubmu»? O, cavabında:
«Yox, əksinə, hərdən mən özüm o yaratdığım obrazlardan nəyi isə götürürəm, öyrənirəm. Yəni oynadığım hər bir obraz, mənim üçün bir məktəbdir. Belə hadisələrlə Allah eləməmiş rast gələndə, artıq bilirəm ki, neyləmək lazımdır. Bilirsiniz, mən öz sənətimi sevirəm və bu sənəti həm bir aktyor olaraq, həm də rejissor köməkçisi olaraq uca tutmağa çalışıram».
Ondan soruşdum ki, «Teatr kollektiviniz necədir? Yəni səhnətdə bir-birinizi tamamlayırsınızmı»? Bu sualıma o, belə cavab verdi:
«Mən həmişə tərəf müqabillərimi dəsdəkləyirəm, çünki biz bir ailəyik. Ailədə hamı alim ola bilməz ki, mənim də bilmədiklərim olur. Biz həmişə səhnətdə bir-birimizi anlamışıq, anlayırıq və anlamağa çalışırıq».
Bacarıqlı aktyor Hörmət Aslanov öz sənətinə ürəklə, canla bağlı bir insandır. Belə insanlara sənətkar deməyə də çəkinmək olmaz, çünki o, həqiqətən də, səhnənin dilini bilən, səhnə həyatını olduğu kimi göstərə bilən bir aktyordur. Onun bu teatrda çalışdığı illər boyu, bütün oynadığı rollar, yaratdığı obrazlar onun sənətinə necə bağlı olduğunun bilavasitə sübutudur. Hörmət,ona etibar olunan hər bir obrazın öhdəsindən layiqincə gələ bilir. O həm müsbət, həm də mənfi rolları tamaşaçıya gözəl, inandırıcı çatdır.