Sağlamlığımızı özümüz qorumasaq, heç bir həkim bizə kömək edə bilməz. Hər bir insan özünü düşündüyü kimi, başqalarını da dü.ünməlidir.
Hal-hazırda xəstəliklərin baş alıb getməsi, hər birimizi sarsıdır. Amma buna baxmayaraq, biz yenə ehdiyat etmirik. Bir sözlə, il yarımdan çox davam edən pandemiya da bizə ehtiyatlı olmağı öyrədə bilmədi.
«COVD-19» dünyanı öz cənginə alıb, onun insan həyatı üçün necə təhlükəli ilduğunu biz az vaxtda dərk edə bilseydik, bəlkə də bu qədər uzanmazdı.
Mən 2020-ci ilin aprelində, bu xəstəliyin pəncəsinə düşmüşdüm. Halbuki, özüm bü xəstəliyin olmasına inanmaq istəmirdim. 2020-ci il aprelin 25-dən, əl ayağım mənə qolaq asmadı, nəfəs almaq mənim üçün çox ağır idi. Qızdırma endikdə huşsuz vəziyyətdə qalırdım, qızdırma qalxdıqda isə, nəfəs almaq mənim üçün ölümə bərabər olurdu. Bədənimdə bütün sümüklərim, əzələlərim sanki qırılırdı. Nə yemək, nə içmək, heç bir qidanın dadını bilmirdim. Suyun belə dadı mənim üçün yox idi, gözlərimi aça bilmirdim. 20 gün vəziyyətim ağır idi yaşayacağıma ümidim olmadan, artıq son anlarımı yaşayıram kimi vəziyyətdə idim. İlin hansı fəsli olduğunu belə səhv salmışdım, may ayında sentyabr və ya oktyabr bilirdim. Elə bilirdim ki, birdə aydın səmanı görməyəcəyəm. Pəncərəyə belə baxmaq istəmirdim, gözümü yumub sanki, son anımı gözləyirdim. Şükürlər olsun Allahın varlığına, tək ümidim o idi, o da məni həyata qaytardı.
Hardasa may ayının 20-dən bir az özümə gəldim və həyatın nə qədər şirin olduğunu anladım. Artıq özümə gəlmişdim, amma qidaların dadını anlamırdım. Buna da şükr edirdim, çünki demək olar ki, mən o dünyadan gedib qayıtmışdım.
Peyvənd olmaq lazımdır deyiləndə, mən heç tərəddüd etmədən razılaşdım. Çünki mən o murdar xəstəliyin təhlükəsini özümdə yaşamışam və öz istəyimlə peyvənd olundum. İlk peyvəndi martın 31-də, ikinci peyvəndi isə aprelin 22-də olundum. Və heç bir pis və ya xoşagəlməz reaksiya yaşamadım, əksinə özümü daha da gümrah hiss etdim, edirəm də.
Hər birimiz özümüzdən öncə ailə üzvlərimizi düşünməliyik, elə onları qorumaq üçün əlimizdən gələni etməliyik. Bu da həm peyvənd olunmaq, həm də qoruyucu masqadan istifadə etmək deməkdir.
Odur ki, sağlamlığımızı özümüz qorumalıyıq, bu isə bizim üçün vacibdir. Sağlamlığın yoxdursa, həyatın da mənası yoxdur. Hər kəsə ən önəmli olan can sağlığ və mənalı ömür arzu edirəm.
Z. Dərbəndli