Tələbə günü qeyd edildi


Dünyada hər bir gəncin ən böyük arzusu, orta məktəbi bitirdikdən sonra, ali məktəbə daxil olub. Bu gözəl və cavanlığın ən gözəl xatirəsi olan «Tələbə» adını qazanmaq istəyir. Tələbə olmaq gözəl hissdir, tələbə gələcəyə ümid deməkdir. Bumünasibətlə də, 17 noyabr, Beynəlxalq Tələbə Günü kimi qeyd edilir. Və noyabrın 16-da Beynəlxalq Tələbələr Günü ərəfəsində Azərbaycan Dövlət Dram Teatrının artistləri Azərbaycan Dövlət İqtisad Universitetində konsert proqramı ilə çıxış ediblər. Tədbirdən əvvəl teatrın direktor müavini Yadulla Həşimov tələbələri təbrik edərək qeyd edib ki, bu bayram dünyanın bütün universitet və institutlarında, kollec və texnikumlarda, eləcə də digər təhsil ocaqlarında bütün tələbələr tərəfindən qeyd olunur. 2022-ci ildə Rusiyada Beynəlxalq Tələbələr Günü 17 Noyabrda qeyd olunur. Bayram 76-cı dəfə qeyri-rəsmi səviyyədə qeyd olunur. Bu gün ənənəvi olaraq tələbə nümayişləri, karnavallar, paradlar, musiqi kollektivlərinin çıxışları keçirilir. Tələbələr serenadalar oxuyur və şəhər boyu təntənəli yürüşlər təşkil edirlər. O, həmçinin terrorizm problemi və onun dünyada yayılması, onun yaranma tarixi, terrorizmlə mübarizənin əsas istiqamətləri və üsulları haqqında, əlavə olaraq qeyd edib.
Teatrın artistləri şən və hərarətli konsert proqramı təqdim etmiş, burada tanınmış estrada və populyar xalq mahnılarını ifa edilmişdir. Konsert proqramında Dağıstan Respublikasının Əməkdar artistləri Məhərrəm Ömərov, Mahir Məlikov, Sevda Bəybalayeva, aktrisalar Tamilə Mixrabova, Zeynəb Dərbəndli, aktyorlar Sərxan Səmədov, Əli Ağalarov, musiqiçilər «nağara»da Nadir Əliyev, «klarnet»də Elqar Kərimov, «sintezator»da Murad Abduləliyev, «qarmon»da Maksud Maksudov. Tələbələr, bu bayram abuhavalı konsertdə artistlərin ifası zamanı rəqs ediblər. Tədbir kollektivin tələbələrlə, xatirə şəkilləri çəkdirilməsi ilə başa çatıb.
H. Aslanov