Təşəkkürnamə ilə təltif olunub

Fevralın 17-də Respublika Gənclər Mərkəzində Dağıstan Respublikasının Gənclərlə İş üzrə Nazirliyinin kollegiya iclasında Dərbənd rayonUKMPiT-nin gənclər siyasəti şöbəsinin müdiriŞeyxrəhim Kərimov iştirak etmişdir.

İclasda Dağıstan Respublikası Hökuməti sədrinin müavini Müslüm Telyakavov, Dağıstan Respublikasının gənclərlə iş üzrə naziri Kamil Saidovvə Xalq Məclisi Hökumətinin mədəniyyət, gənclər siyasəti, idman və turizm komitəsi sədrinin müaviniMarina Kotenko iştirak edib. 

Kamil Saidov 2022-ci il üçün işin gedişi haqqında hesabat təqdim edib və 2023-cü il üçün planlarını bölüşüb.

Nazir çıxışının sonunda 2023-cü il üçün planlardan danışıb: “2023-cü il üçün əsas vəzifələr gənclərin vətənpərvərlik tərbiyəsi, könüllülüyün inkişaf etdirilməsi, gənclərin təşəbbüslərinin dəstəklənməsi, forum kampaniyasında iştirakının təmin edilməsi və qeyri-sosial davranışın təzahürlərinin qarşısının alınması istiqamətində işlərdən ibarətdir”.

Kollegiya iclasının yekununda Dağıstan Respublikasının gənclərlə iş üzrə naziri Kamil Saidov Dərbənd rayonunun “Dərbənd rayon” bələdiyyə dairəsini təşəkkürnamə ilə təltif edib.

Dərbənd rayonunda yüksək nəticələrə və dövlət gənclər siyasəti layihələrinin səmərəli həyata keçirilməsinə görə mükafat gənclər siyasəti şöbəsinin müdiri Şeyxrəhim Kərimova təqdim olunub.

G. Babayeva