23 fevral — Vətən Müdafiəçisi Günündür

Fevralın 23-də Rusiya və bir sıra digər postsovetölkələrində Vətən Müdafiəçisi Günü qeyd olunur. 27 yanvar 1922-ci ildə Rusiya Sosialist Federativ SovetRespublikasında (RSFSR) yaradılmışdır. QırmızıOrduya, yaranma tarixinə və 1918-ci ilin fevralındaAlman İmperator Ordusu ilə döyüşlərə birbaşa uyğungəlir.

Rusiyada Vətən Müdafiəçisi Günü hərbi şöhrət günü, Vətənin müdafiəsində iştirak edən kişi və qadınlarınbayramı hesab olunur. 2002-ci ildən bayram edilir.

Ölkənin silahlı qüvvələrinin rəsmi adınındəyişdirilməsi ilə əlaqədar olaraq bayramın adı tarixəndəyişmişdir:

1922-ci ildən — Qırmızı Ordu Günü;

1946-cı ildən — Sovet Ordusu Günü;

1949-1995 — Sovet Ordusu və Hərbi Dəniz QüvvələriGünü;

1995-2006 — 1918-ci ildə Qırmızı OrdununAlmaniyanın Kayzer qoşunları üzərində qələbəsi günü- Vətən Müdafiəçiləri Günü.

2006-cı ildən — Vətən Müdafiəçisi Günü.

100 ildən artıqdır ki, ölkəmizdə Vətən MüdafiəçiləriGünü qeyd olunur. Bayram konkret hadisə ilə bağlıolmadığından və uzun müddət dinc bir dövlətdəyaşadığımız üçün bu tarixin əhəmiyyəti azala bilər. Bu, xüsusən də bayramın əhəmiyyətini anlamaqda çətinlikçəkən gənc nəslə aiddir.

Fevralın 23-ü əsasən Rusiya tarixinə, vətənləri üçüncəsarət göstərmiş qəhrəmanlara hörmət və xatirə rəmzikimi xidmət edir. Bayram tədbirlərinin keçirilməsindəməqsəd gənc nəslin maarifləndirilməsi, düzgündəyərlər və vətənpərvərlik tərbiyəsi, eləcə də hərbiqulluqçuları şərəfləndirməkdir.

Sovet dövründən bu gün müharibə veteranlarına xatirəmükafatları verilir. Daha sonra onlara müxtəlif hərbiyürüşlərdə iştirak edən əsgərlər, o cümlədən əcnəbilər, həmçinin döyüş veteranları da əlavə edilib. Belə ki, Vətən Müdafiəçiləri Günündə Vətən uğrundadöyüşmüş hərbçilər yad edilir, onlar da müasirəsgərlərə ehtiramlarını bildirirlər.

Yəqin ki, bu gün də davam edən 23 fevralda kişilərəhədiyyə vermək ənənəsinin başlanğıcı məhz əsgərlərəməktubların və xatirə lövhələrinin təqdim edilməsiolub. 60-cı illərə qədər vicdanlı xidmətdə fərqlənənəsgərlər də hədiyyələrlə mükafatlandırılırdı. Tədricənbu ənənə gündəlik həyata keçdi.

Hamınıza bayram əhval-ruhiyyəsi, sülh və firavanlıqarzu edirik!

(Məlumat açıq mənbələrdən götürülüb və 

məlumatxarakterli və təbrik xarakteri daşıyır.)

R. Musayev                                                

                                                                   Rus dilindən tərcümə etdi:Mirhəmidova S.V