Dərbənd ta dövrü qədimdən öz tarixi dastanları, ozanları ilə tanınıb. Düləfruz Dərbəndi, Zərnigar Dərbəndi kimi el sənətkarlarını yetişdirən Ulu Dərbənd. Bu gün də öz dəyərli zərlərini yetişdirməkdədir. Kərbəlayı Həvva, Rəna Dərbəndi kimi yazarları olan bu ulu diyar. Hələ də, öz dəyərlərini yaradığ qorumağdadır. 20 ci əsrin ikinci yarısında, Dağıstan Respublikasının Dərbənd rayonunun Rükəl kəndində bir qız dünyaya göz açdı. Bu çıkkılı qız, öz bəmbəyaz saçları ilə qar qıza bənzəyirdi. Bu qız böyüdü və bütün yaşıdları kimi orta məktəbə yazıldı, amma hardan bilə bilirdi ki o bu təhsil yolunun lap başlanqıcından geri dönəcək. Cəmi iki ay başlanqıc sinifində ikicə ay məktəbli oldu və nəhayət, bir yağışlı gün onun uşağlığına son qoydu. Bu bizim Dərbəndimizin tanınmış çair qızı, öz səsiylə şeirləri ilə. Öz insanlığı ilə hər kəsin sevimlisi nəğməkar şair Zeynəb Dərbəndlidir.
Zeynəb xanım məktəbə gedib hamı kimi təhsil almadı, amma sınmadıda. O öz dəftər kitabını, qələmini atmadı, o yazıb oxumağı öz-özünə öyrəndi. Vaxt keçdi, Zeynəbin yaşıdları məktəbi bitirdi. Kimi təhsil aldı, kimi ailə qurub Ana oldu. Bu, həyatın hər acısını dadan, daddığca da bütün çətinliklərə sinə gələn qız. Həyatın hər oyununu pozmağı bacardı, o öz həyatını poeziyaya bağladı. Öz doğma kəndindən Dərbəndə gəldi, yazıb yaratmağa başladı. Yazdığı hər şeiri, iki gözündən əlil olan. İllərcə Rükəl kənd sovxozunda can qoyan və ömrünün yaşamalı vaxtında göz nurunu itirən Anasına deyirdi. Anası ona həm Ana, həm müəllim idi. Zeynəb xanım 2008 ci ilə kimi Anası üçün öz arzularının üstünü ötrdü və ona qulluğ etməyə başladı. Çünki 1992 ci ildən, Anasının gözləri tutulmuşdu. Zeynəb üçün isə, hər şedən önəmli Anası Fəridə xanım idi. 2008 də Anası son anında ona vəsiyyət etdi, dedi ki. Sən mənə görə yarımçıq qoyduğun dünyana qayıt qızım. Və mənə söz verki, sən bir şair sənətkar olaraq həm Dağıstanda, həm Azərbaycanda tanınacağsan. Bax onda mən məzarımda rahat uyuyaram. 2008 in 16 mayında də o Anasını itirdi. Anasının arzusunu yerinə yetirməli idi. 1997 ci ildə çap etmək istədiyi Ömür karvanı kitabını edə bilmədi, çünki məktəb oxumayan bir qızı heç kim ciddiyə almamışdı. 2009 cu ilin son aylarında, Zeynəb Azərbaycana üz tutdu, o öz əl yazmalarını götürüb Azərbaycana getdi. Və orda dəftərlərini nəşriyata təğdim etdi, ona dedilər ki iki günnən gəl cavab verərik. Zeynəb həyəcan içində bu iki günü, iki əsr kimi yaşadı. Nəhayət o gün gəldi və Zeynəb nəşriyata getdi! Nəşriyatda ondan soruşdular, kitabına hansı adı vermək istərdin? O kövrək səslə. Ömür karvanı, dedi. Ona dedilər, sizi təbrik edirik kitabınızı çapa götürürk. Zeynəbin gözləri sevinc yaşları ilə dolmuşdu, o qayıtdı ji. Kitabımın üstünə Nizami Gəncəvinin şəklini qoyun. Soruşdular ki, niyə? Qayıtdı ki, məni kimsə tanımır, onun şəklinə görə bəlkə kimsə əlinə alar. Onda ona dedilər ki, sənin kitabına öz şəklin gedəcək. Sən də öz dövrünün Zeynəbi olacağsan, çünki şeirlərin ürəyə axır. Adını necə yazaq sualına, Zeynəb! Zeynəb Dərbəndli, bu təxəllüsü mənə Anam verib. Oradakılar da Zeynəbin Dərbənddir şeirindəki
Ona göz dikənin üzü qaradır,
Şairləri burda yazıb, yaradır,
Zeynəbdən soruşsaz, yerin haradır,
Deyər Vətəni, Obası Dərbənddir.
Bu bəndə görə, bu sənə çox yaraşır dedilər. Həmdə bu təxəllüsü ona Xalq şairi Zəlimxan Yaqub da təsdiqləmişdi.
Zeynəb Dərbəndli, beləcə ilk addımlarını . O ucu bucağı görünməyən Azərbaycan poeziyasına atdı. Onun Ömür karvanı kitabı, Astaralı gənc bəstəkar Elmir Mədətoğlunun əlinə keçir. O Zeynəb xanımı kitabı ilə axtarır. Təsadüf elə gətirir ki, Zeynəb xanım Odnoklasnik səhifəsi açır və adını orada Dərbəndli şairə Azəri qızı yazır! Və beləcə də Elmir Mədətoğlu Zeynəb xanımla tanış olur. Bu tanışlığ indiyə kimi Zeynəb xanımın 60 dan çox şeirinə mahnıların yaranmasının təməli oldu. Elmir bəy Zeynəbimizin şeirlərinə bir çox mahnı yazıb. Azərbaycan Dövlət Dram teatrının aktrisası, DR əməkdar artisti Sevda Beybalayevanın ifasında səslənən möhtəşəm dostluğ mahnısı Dağıstan Azərbaycan. ADD teatrının aktrisası Diləfruz Şixməmmədovanın ifasında Göz bəbəyim Dağıstanım. ADD teatrının aktyoru Məhərrəm Ömərovun ifasında Ulu Bərbəndim. Öz ifasında olan bir çox mahnı, o cümlədən Dəyanətli Dağıstanım, Dərbəndim, Dərbənd. Yaşa Azərbaycan, Gözün aydın Azərbaycan vəsair mahnılar yaranır. Zeynəb Dərbəndli 2015 ci ildə Türkiyənin Antalya şəhərinə festivala gedir, bir çox şair və yazarlarla tanış olur. Və orda şair jurnalist, Azad qələm qəzetinin, indiki Azad qələm jurnalının baş redaktoru Nəcibə İlkinlə tanış olur. Bu tanışlığ Zeynəbin. Azərbaycan poeziyasında öz imzasını böyük hərflərlə yazdırdı. Məktəb oxumayan bu qız, öz ustadından çox şeyləri öyrəndi. Nəcibə İlkin, Zeynəbə həm Ana, həm ustad oldu. Onu haqsızlığlardan qorudu və, nəhayət Zeynəb öz əvvəl yazdığı şeirlərində səhvlər tapmağa başladı. 2016 cı ildə, Zeynəb xanımın rəhbərliyi ilə ATESH-2016 adlı antologiya kitabı 124 şairlə işığ üzü gördü. Kitabda Azərbaycan, Türkiyə və Dərbənd şairlərinin də şeirləri yer aldı.
İki çəmənnən çiçək dərib, ikili Vətən həsrətli şair Zeynəb Dərbəndlinin. ÜRƏYİM VƏTƏNLƏ DÖYÜNÜR adlı növbəti şeirlər kitabı çıxdı. Biz onun həyat həkayəsindən bir damlanı sizlərə təğdim etdik. Zeynəb xanımın həyat kitabı böyük həcmdədir, onu tam olaraq yazmağçün, bir ömür belə yetməz. Zeynəb Dərbəndlinin Rusiya muasir ədəbiyyatında da öz sözünü demiş şairdir. Rusiya Yazıçılar Birliyindən, ölkə başçısı Vladimir Putinin imzası ilə. Rusiyada yaşayan xalqların çap olunduğu bu nəhəng kitabda. Poeziya. Uşağ ədəbiyyatə və Həkayələr adlı kitablarda. Zeynəb Dərbəndli də yer alıb. 2019 cu il noyabrında Zeynəb Dərbəndli Novosibirsk vilayətində. Həmkarı Fəxrətdin Orucla. Dağıstan Azərbaycanlılarını təmsil etmişdilər. Zeynəb Dərbəndli öz gözəl şeirləri, çıxışları və ifaları ilə. Festavalda olan xalqlarənda sevgisini qazana bilib.
Zeynəb xanımın Dərbəndin səsi kitabı 2016 cı ildə çap olundi, bu kitabın təğdimatı. Türkiyədə, Bakıda, Astarada və Dəmirqapı Dərbəndə keçirildi. Şairənin bu kitabı hər yerə səs saldı. Zeynəb xanım öz şeirləri və təxəllüsü ilə, Dərbəndin nəhəng divarlarını, onun baş tacı olan Narin qalanı hər yerdə tanıtdı. Dərbəndi görməyən türk şairləri belə, Dəmirqapı Dərbəndə şeir yazdılar.
Zeynəb Dərbəndli həmişə axtarışdadır. O 2011 ci ildə bir həkayə yazır və 2017 ci ildə onu çap etmək qərarına gəlir. Və Nəcibə xanım baxır ki, həkayədə bayatı, qoşma, gəraylı yer alıb. Və Zeynəb xanıma zəng edir ki, Zeynəbcan, sənin bu həkayə deyərək yazdığın Azərbaycan şifahi xalq ədəbiyyatıdır dastandır. Zeynəb Dərbəndli hər şeyə həssas yanaşan bir insandır, onun həm insan kimi, həmdə şair kimi nazik və incə qəlbi var. Zeynəb Dərbəndli həm Türkiyə mediyasında, həm Azərbaycan mediyasında. Dərbənd mediyasında tanınan bir şəxsiyyətdir. O öz Vətəninin adını həmişə yüksək tutur. İki Vətən qızı zeynəb Dərbəndli. Sağ gözüm Dağıstandır, sol gözüm Azərbaycan. Biri Dərbən, biri Bakı. İki Vətən dərdim deyərək.
Mən Dərbəndli Zeynəbəm, sizə vəsiyyətim var,
Öləndə, baş daşıma mənim dərdimi yazın.
Cəsədim Dağıstanda, üzüm Azərbaycana,
Məzarımı siz Allah, Rükəl kəndində qazın.
Deyib vəsiyyət belə edib,hər iki. Öləndə gözlərinə tökmək üçün, Hər iki Vətənindən, İki ovuc torpağ və cəsədini yumağ üçün, iki Vətəndən su istəyən şairimiz, qürurumuzdur.
Zeynəb xanım artığ 8 kitab müəllifidir. Ömür karvanı. Yazdım ki, sözüm qala. Məni Anam bağışlasın. Dərbəndin səsi. Tural və Gültəkkn dastanı. Doğma torpağa sevgi etirafı. Ürəyim Vətənlə döyünür.