Vətən qorudun sənindir, qorumadın, özgənindir


BVM iştirakçısı Aşurov Vəli Nəsrullayeviç — 1910-cu ildə Dərbənd şəhərində anadan olmuşdur. Müharibədən əvvəl Dərbənd Şəhər Xalq Məhkəməsində yüksək vəzifələrdə çalışmışdır.
1942-ci ildə vəzifəsindən ayrılıb könüllü olaraq ön cəbhəyə yollanmışdır.
Amma 1943-cü il əlindən bərk yaralanaraq vətəninə qayıtmış və Dərbənd Rayon Xalq Məhkəməsində prokuror vəzifədə çalışmışdır.
Müharibədən sonrakı illərdə başqa sahələrdə o cümlədən Yağ Emalı zavodunun müdiri vəzifəsində də çalışmışdır.
Veteranımızın şərəfli ömür yolu müharibənin ən qızğın döyüş nöqtəsindən keçir. Göstərdiyi qəhrəmanlığına görə dəfələrlə Dağıstan Respublikasının orden və medallarına layiq görülüb.
Ömrünü doğma vətəninə həsr edib vətəni üçün çalışıb.
1981-ci il vəfatından sonra veteranımızın «keşmə-keşli cəbhə yollarından» adlı qəzetlərdə müxtəlif məqalələr dərc olunub.
Vətən qorudun sənindir,
Qorumadın özgənindir,
Qorumadın yağınındır,
Qorumadın axırındır.

Vətən qorudun sənindir,
O, bayraq tutan əlidir,
Basılmaz qalan dağındır,
Qorumadın göz dağındır

Vətən qorudun sənindir,
O tay bu taylı ünündür,
İki ağlayan gözündür,
Dərbəndin, Təbrizindir.
Məmmədov Hüseyn,
Dərbənd şəhər 1 nömrəli qimnaziyanın 8 “b” sinif şagirdi