Yaradıcı müəllim


İncəsənətin müxtəlif növləri məlumdur: memarlıq,boyakarlıq,heykəltəraşlıq,musiqi, teatr,ədəbiyyat və s.Bunların arasında boyakarlıq,qrafika,heykəltəraşlıq və dekorativ-tətbiqi sənət təsviri sənətə aiddir.Boyakarlıq əsərinin başlıca təsvir vasitələri rəsm və rənglərdir.Onu müxtəlif növlərə ayırmaq olar.Boyakarlığın ən qədim ,ibtidai forması divar rəsmləridir.Mozaika adlanan bu texnika geniş yayılmışdı.Mozaika fransızca rəngli qurama deməkdir.Eyni və ya müxtəlif rənglərlə şüşə,daş hissəciklərdən və plitələrdən hazırlanmış incəsənət nümunəsidir.Mozaika daxili divarlarda,döşəmələrdə və tavanda istifadə oluna bilər.Məsələn, Azərbaycanda,Naxçıvanda 18-ci əsrdə inşa olunan Zaviyə məscidi adlandırılan binanın giriş qapısı və pəncərələri,məşhur Şəki xan sarayı rəngli hissəciklərlə bəzədilmişdir. Mozaika yağışa,qara və başqa təbii maneələrə dözümlüdür.Qədim Roma villalarındakı hovuzların dibindən mozaika orta əsrlərdə saray və məbədlərin divarlarına köçür və o, yüksək sənət növləri arasında özünəməxsus yer tutur.
Bu gün bu sənətin yeni istiqamətini öz təlim prosesində təkmilləşdirərək istifadə edən təsviri sənət( ИЗО )müəllimlərimiz var , onlar nəinki şagirdlərin marağını bu istiqamətə yönəldə biliblər,hətta bu sahədə xeyli müvəffəqiyyətlər də əldə ediblər.Belə müəllimlərimizdən biri ilə sizi tanış etmək istəyirik.Mikailova Farida Sergeyevna arıq 30 ildən artıqdır ki,Dərbənd şəhər 14№ saylı orta məktəbdə təsviri sənət (( ИЗО)müəllimi kimi çalışır və şagirdlərini bu sənətin sirləri ilə tanış edir.Şagirdlənin marağını bu sənətə yönəltmək məqsədilə vaxtaşırı açıq dərslər keçirməyi,şəkil çəkməyi, yenilik yaratmağı xoşlayır.Şəhərimizin təsviri sənət müəllimləri kimi Farida Sergeyevnanın da şagirdləri şəhər üzrə keçirilən müsabiqələrdə iştirak edirlər,bu incəsənət və sənətkarlıq müsabiqələrində öz əl işlərini,panoları,çəkdikləri rəsmlərdə qədim şəhərimizin gözəlliklərini nümayiş etdirmək üçün fəal şəkildə çalışırlar. Bu baxımdan şagirdlərin Respublika üzə keçirilən müsabiqələrdə iştirakı maneələrlə rastlaşır,çünki bu müsabiqələrdə komissiya üzvləri şagirdlərdən təbii materiallardan istifadə etməyə üstünlük verirlər və bu həm də onların çox xoşuna gəlməlidir.Buna illəri sərf etmək nəticəsində nəhayət ki,nail olundu.Elə də asnlıqla başa gəlməyən müvəffəqiyyəti əldə etmək üçün müxtəlif rəng çalarlarında xırdalanmış balıqqulağı və balıqqulağı qumundan yeni texniki vasitələr nəticəsində düşünülüb ərsəyə gətirildi.”Nəhayət 8 ildən artıqdır ki,şagirdlərimiz “Dağıstan.Doğma diyar” mövzusunda DPİ-nun keçirdiyi Ümumrusiya

müsabiqələrindən Birinci dərəcəli qalib diplomlarını respublikadan Dərbəndə gətirməyə davam edirlər.Şagirdlərimiz “Qum və Balıqqulağı Mozaikası” mövzusunda «Первоцвет», «Шаг в будущее» tədqiqat layihələrinə həvəslə hazırlaşaraq,şəhər və respublika üzrə keçirilən müsabiqələrdə də yaxşı nəticələr əldə etdilər.Məsələ burasındadır ki, final mərhələdənsə materialın işə hazırlanmasına vaxt daha çox sərf olunur. Hər bir müsabiqəyə hazırlanan şəklə ən azı 6 ay və daha çox vaxt sərf olunur”-deyə Farida Sergeyevna bildirdi.
“Demək istəyirəm ki,Balıqqulağı da Kosmos səviyyəsində canlılığın,həyat gücünün simvoludur.Balıqqulağı yeni məhsuldarlığın,böyük ideyaların və gözəl qərarların yetişməsinin simvoludur.Məqsədim:şagirdlərimə yeni bir şey yaratmağı öyrətmək,təbii material-balıqqulağı və qum ilə rəsmlər üçün unikal kompozisiyalar nümayiş etdirməkdir.Hazırda bizim ən yaxşı işlərimiz Dağıstan Respublikasının Təhsil Nazirliyindədir”-deyə o,fikrini tamamladı.
Hörmətli Farida Sergeyevna, biz də sizinlə birgə uğurlarınıza sevinir və gələcəkdə daha çox nailiyyət əldə etməyinizi arzulayırıq.

Salixova S.