Yeni təcili yardım maşınları müayinə və müalicə etməyə kömək edəcək

Çətin ərazi və uzun məsafələr xəstələrin tibbi yardım almasını çox vaxt çətinləşdirir. Bu gün Dağıstan respublikanın rayon və şəhərlərindəki xəstəxanalarda işləmək üçün 20 avtomobildən ibarət ikinci partiyanı alıb.

Dağıstan Respublikası Səhiyyə nazirinin müaviniSalman Əhmədov Dağıstan Fəlakət Təbabəti Mərkəzinin ərazisində respublikanın tibb təşkilatlarının nümayəndələrinə yeni təcili tibbi yardım avtomobillərinin açarlarını təqdim edib.

Xatırladaq ki, bu 20 avtomobil bu il Dağıstan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən İlkinSəhiyyə Xidmətinin Müasirləşdirilməsi Proqramının icrası çərçivəsində alınmış 90 avtomobildən ibarət partiyanın ikinci hissəsidir. Birincisi bu yaxınlarda Dağıstanın baş meydanından təntənəli şəkildə rayonlara yola düşdü.

Artıq kənd həkimləri öz rayonları üzrə müayinələr üçün yollanaraq, hərəkət qabiliyyəti məhdud xəstələri müayinə və xəstəxanaya çatdıra, laboratoriyadiaqnostikası üçün analizləri operativ şəkildə göndərə biləcəklər.

B.Pirməhəmmədov