Yəni sentyabr ayının 1-də həmişə olduğu kimi yay tətilindən sonra adəti üzrə ilk zəng çalınacaqdır.Bu xəbər ölkənin maarif naziri Sergey Kravtsov tərəfindən təsdiqlənmişdir.”Məhz tam hüquqi qaydada əyani şəkildə işləməyə hazirlaşırıq”-deyə nazir Prezidentin hökumət nümayəndələri ilə yığıncağında bunu diqqətə çatdırmışdır.
Beləliklə, nazir dövlət başçısını və həmkarlarını bu il təhsil alacaq şagirdlərin sayı və tədris ocaqlarının ümumi vəziyyəti ilə tanış edərək bildirmişdir ki,yeni 2020-2021-ci tədris ilində məktəb skamyaları arxasına 17 milyon şagird, 1,9 milyon birincilər oturacaqdır.Yeni tədris ili 7milyon məktəbəqədər sakin üçün başlanacaq, 3 milyona qədər adam isə orta ümumtəhsil peşə ixtisasına yiyələnəcəkdir.Qurumun başçısı Rusiyada 36 təhsil müəssiəsinin lazımı prosedurlardan keçdiyini və tam hazır vəziyyətdə qapılarını gələnlərin üzünə aça biləcəkləri barədə ölkə rəhbərinə və nazirə qəti şəkildə bildirdi.
Maarif naziri onu da qeyd etdi ki,dərs ilinə hazır olmaqla yanaşı koronavirusla bağlı epidemioloji təhlükəsizliyi də nəzarətdə saxlayır.Yanğından mühavizə və terrorla mübarizə də diqqət mərkəzindədir.Tədris ocaqlarında bütün sanitar qaydaların gözlənilməsi üçün şərait yaradıldığını da vurğuladı. Xüsusən də məktəblərdə,dərs ilinin başlandığı ilk həftələrdə hər bir təhsil müəssiəsində tibb işçisi olacaq, ərazidə dezinfeksiya işləri aparılmaqla yanaşı, həm də şəxsi qoruyucu vasitələrdən də mütləq şəkildə istifadə olunacaq.