Hər bir valideyn övladı dünyaya gələndə, onunla bağlı bir çox böyük arzuları olur. Uşaq dünyaya gələr gəlməz ata ananın sevincinin həddi hüdudi olmur, axı artıq onların ailəsinin təməli möhkəmləşir.
Uşaq dünyaya gəlir, gəlişinin sevinci heç nə ilə əvəz olunmur. Bir iki ay keçdikdən sonra , onun öz şirin dilində danışmağı, yəni, biz anlamayan dilində. Onun ata ananın üzünə baxıb ilk gülümsəməsi, iməgləməsi valideyn üçün sanki yeni bir dünyanı kəşf etmiş kimi olur. Uşaq yeriməyə başlayır, onun atdığı ilk addım valideyn dünyasına bir gözəllik daha qatır. Çünki onun atdığı hər bir addım, ata ana üçün yeni bir dünya olur.
Uşağın baxçaya getdiyi ilk gün, valideyn üçün hədsiz sevincli olur. Çünki onların övladı ilk dəfə içtimayətə çıxışı, bazça uşaqların içtimayətə ilk çıxışı və tanıtımıdır. Bu hadisə də valideynlər, üçün yeni bir həyat səhifəsi açır.
Uşat böyüyür və məktəbə ilk addımlarını atır, bax bu ata ana üçün necə böyük bir sevincdir. Övladı məktəbə başlayır deyə, valideynlər dünyanı büs-bütün ayağüstə qoymaq istəyirlər. Onun üçün pal-paltarın ən gözəlini və özəlini almaq istəyirlər. Çünki onların övladı, elm dünyasının astanasına öz ilk və şirin qədəmlərini qoyacaq. Övladı ilə bərabər, ilk zəng həyəcanı yaşayırlar. Məktəblə, ilk müəllimlə və uşaqlarla ilk tanışlıq həyəcanı yaşayırlar. Bax bunun özü, valideyn üçün bir rəngarən nağıl dünyası deyilmi?
Valideynlər böyük arzular quraraq, övladlarının böyüyüb ağıllı və vətənə layiqli olmasını istəyirlər. Uşaq dərsdən əla qiymətlə evə gələndə, valideynin sevinci birə beş artır. «Bax gör mənim oğlum, və ya qızım necə əlaçıdır?». Hətda əla qiymət almasa belə, övladına təsəlli verən valideynlərimiz var. Axı valideyn ürəyidir, övladının həyatdan qırılmasına qıymır.
Uşaq artıq böyüyür, orta məktəbi bititir. Son zəng həyəcanını başlayır. Son zəng günü övladının adı əlaçılar arasında çəlikəndə, valideynin qüruruna o zaman bax. Axı o bu günü böyük ümidlərlə, arzularla gözləyib.
Nəhayət övladı ali məktəbə qəbul olunur, ilk imtahan həyəcanı başlayır. «Görəsən övladım keçə biləcək mi? Görəsən neçə bal qazandı?» Bu kimi həyəcan yaşayır, bunlar isə çox gözəl və özəl həyəcanlardır, amma yenə də həyəcandır.
Övlad ali məktəbi bitirib, diplomunu əlinə alanda valideyn sevinci bir başqa olur. Axı artıq onların övladı ali məktəb məzunudur, özüdə əyər əla qiymətlə bitiribsə, bunun sevinci ata ana üçün ikiqat olur.
Ən nəhayət, uşağın dünyaya gəlişindən ta bu gününə kimi ən böyük arzularla gözlədikləri an yaxınlaşır. Övlad toyu. Bax bu isə hər bir ata ananın səbirsizliklə gözlədiyi, arzuladığı ən şirin andır. Oğuldursa qız almaq, qızdırsa elçi gəlməli. Bax bu insan üçün, valideyn üçün ən böyük dünya deyilmi? Onların bu dünyasında, hər şey bambaşqa olur. Axı övlad toyuna hazırlaşırlar, bu isə heç bir hiss ilə əvəz olunmayan müqəddəs bir hissdir. Bir sözlə, valideynlik duyğusu tamam başqa duyğudur. Övladının ilk dünyaya gəldiyi gün, onun üzünə incəliklə toxunan nəfəsindən başlayan bu möcüzəvi dünya, onun toyuna kimi gör nə qədər dağlar, çaylar aşıblar. Övladı ailə quracaq, nəvə alacaq qocağına.
Bu gözəl anları yaşamaq üçün isə, ən vacib olan can sağlığıdır. Can sağlığı yoxsa, deməli bütün bu arzular da olmur. Zamanəmizi elə bir dövr əhatə edir ki, bitib tükənmək bilməyən murdar pandemiya hər kəsi öz qorxunc qanadına alıb. Bütün bu sadaladığım arzuların sağlam və gözəl real olması üçün də, hər şeydən öncə bu dövrün qaydalarına reayət etməkdir. Hər bir valideynə övlad toyu və saadətlə, xoşbəxtliklə qocağına nəvə almağı arzu edirik.
Z. Dərbəndli
Ştatdankənar müxbir.