İnsan dünyaya gəlir, onun gəlişi toy bayram olur. Çünki bir ailənin təməli möhkəmlənir. Və dünyaya gələn insan böyüyüb nə cür formalaşması isə, hər kəsi maraqlandırır. Bəli insan dünyaya gəlir, hər gələnə əyər insan deyilirsə. İnsan böyüdükcə gördüyü işlər və etdiyi əməllər onun əsil insan olub olmamasını təyin edir. Əlbət də ki, dəyərli şəxsiyyətlərimiz də az deyil.
Belə insanlardan biri də, adı xeyriyyəçi kimi tanınan, insanlar tərəfindən sevilən
Məhəmməd Muxtaroviç Sadulayevdir. O 18 iyul 1960-cı ildə Çarudinsk rayonunun Şurib kəndində anadan olub. Milliyəti avar. O orta məktəbi bitirdikdən sonra Dağıstan Politexnik İnstitutuna daxil olub və oranı mühəndis- texnolog kimi bitirir.
Məhəmməd Sadulayev, 20 ildən çoxdur ki, Dərbənd köpüklü şərab zavodunun əsas sahibi və baş direktoru olaraq çalışır. Bu günə kimi zavod 7 qran-pri və müxtəlif nominallı 172 medal alıb. Bu gün onun çalışdığı şirkətdə 400 nəfərdən çox fəhlə çalışır. Məhəmməd Muxtaroviç xeyirxah və böyük ürək sahibidir, onu tanıyanlar onun haqqında çox gözəl fikirlər danışırlar. O xeyriyəçi, müdrik bir şəxsiyyətdir. Pondemiyanın sərt zamanında bu insan, əlindən gəldiyi qədər insanlara yardım edib. İşsiz ailələrə, köməksiz insanlara, əlil uşaqlara bacardığca əl tutub. Tibbi məntəqələrə edilən yardımlarda, özü şəxsən iştirak edib.
Ürəyi bir dünya boyda olan bu insan, köməyə ehdiyacı olan hər kəsəəl tutmağı sanki özünə bir borc bilir. O deyir ki, «Yaşayışı çətin olan, işsiz və ya köməksiz insanları tox görəndə, sanki dünyalar mənim olur». Bu gün onun gördüyü işlərə nəzər salanda görərsən ki, o neçə-neçə insanlara təmənnasız əl tutub. Mən deyərdim, bu dövrün Dağıstanlı Hacı Zeynələbdin Tağıyevidir.
O bu zəhmətinə və xeyirxah əməllərinə görə, dəfələrlə cürbəcür mükafatlarla rəltif olunub. Məncə belə şəxsiyyətlərin əsil mükafatı, kömək etdiyi insanların duasıdır. Amma yenə də onların da zəhmətləri, qiymətləndirilməlidir.
Elə bu münvalla da, İyulun 26-da Dağıstan Respublikasının başçısı vəzifəsini müvəqqəti icra edən Sergey Melikov, Dağıstanın Konstitusiyası günü münasibətilə ASC Dərbənd Köpüklü Şərab Zavodunun baş direktoru Məhəmməd Muxtaroviç Sadulayevi «Dostluq» ordeni ilə təltif edib. Bu hadisə Məhəmməd sevənlərin sevincinə səbəb olub, çünki o öz xeyirxahlığı ilə insanların sevgisini qazana bilib. Məncə bu sevgini hər kəs də qazana bilmir, amma köməksizə əl tutan insan. Adı da Peyğömbərimiz Səlləllahu VəSəlləmin adıdır, bəl kə də bu ad onun belə xeyriyyəçi olmağına səbəb olub. Məhəmmədd Muxtaroviçə, bu günki və gələcək işlərində uğurlar diləyirik.
M. Seyidov