Onların sevinci, sevincimizdir


Dünyada ən müqəddəs və əziz olan varlığ valideyndir, onların sağlığında qərdini bilməliyik. Amma onları əlildi, gücü heç neyə çatmır deyə, qocalar evinə atmaq heç doğrudurmu? Axı bizidünyaya gətirib, əziyyətimizi çəkənlərdir. Valideynsiz dünyaya gələ bilən varmı? Necə olur, ata ana bizim nazımızı çəkib, hər şeyə qatlana bilir, biz onların nazını çəkə bilmərik? Dünyada ən ağır, çəkilməsi çətin olan vicdan əzabının yüküdür. Odur ki, hər hansı birimiz onlara səcdə edərək, əzizləməliyik. Ən əxsus da, valideyn əlildirsə.
Dekabrın 3-də Beynəlxalq Əlillər günü olduğu üçün, hər yerdə olduğu kimi Dərbənddə də bu günü onların yanında olaraq, özünəməxsus qeyd olunur. Onların bu gününü yaddaqalan və unudulmaz anlarla keçirmələri üçün Azərbaycan Dövlət Dram Teatrının kollektivi, başda direktor Firdousi Əsgərov olmaqla. Dərbənd şəhəri əlil qocaların yerləşdiyi internat evinə, onların bu bayram günlərində, onların yanında olub sevindirmək üçün təbrikə gediblər. Əlil və kimsəsiz qocalara gözəl bir konsert programı ilə, qonağ oldular.
Onların zərif üzülərindəki o sevinci, o təbəssüm, sanki onların gözlərindən oxunurdu, onu heç bir söz təsvir etmək mümkün deyil. Onlara bu gözəl günü və sevinci bəxş edə bilən, Azərbaycan teatrının gözəl kollektivi, sanki özləri də bu bayramın içində, nağıl dünyasında idilər. Artistlərə qoşulub onlar da rəqs edirdilər, artistlər də onların bu gününü möhtəşəm və yaddaqalan olması üçün, onlarla bərabər rəqs edirdilər. Düzünü desək, onların da artistlərə qoşulub rəqs etmələri, vallah insanın ürəyinin tellərini sızladırdı. Axı onların da sevgiyə, qayğıya ehdiyacı var.

Onların bəzilərinin anki, heç dünyadan xəbərləri yoxdur. Bəziləri isə bu dünyanın onlara verdiyi ağır yükü onu qəbullanaraq daşıyır kimi idi. Bəlkə də onların elə bu qəddar dünyadan xəbərsiz olmaları yaxşıdır. Onlara baxdığca düşünürsən ki, görəsən onların ürəyikləri hansı yükü dşıyır. Adamın içi göynəyir, axı onlar da hamı kimi ola bilərdi.
Allah heç kimsəni tək və kimsəsiz qoymasın, insanın güvənib sığınan bir kimsəsi yoxdursa insan bu dünyadan uzaq olur. Allah bütün əlillərə, kimsəsizlərə yar və yardımçı olsun.
Bütün əlilləri onların bayramı münasibətilə, ürəkdən təbrik edirik. Onları tək onların bu günündə deyil, vaxtaşırı yada salmaq lazımdır. Onlara az da olsa sevinc bəxş edə bilsək, nə xoş olardı. Çünki onlar, bu dünyanın ən saf insanlarıdır. Bir daha bayramınız, Mübarək əzizlərim.
M. Seyidov