Bugün Dərbənd şəhərinin ən gəzilməli, ən sevilən küçələrindən biri olan Mirzə Kazem-Bəy küçəsində xalça festivalı keçirilib. Festival həm qədim əşyaların nümayişi və xalçaçılığı tərənnüm etməkdən ibarət olub. Xalçaçılıq ulu nənələrimizdən bu günə kimi, gəlib çatan bir incənətdir. Necə ki şair şeir yazır, bəstəkar musiqi bəstələyir, rəssam rəsm çəkir, eləcə də, xalçaçı öz xalçasında ilmə-ilmə, naxış-naxış həm rəsm əsəri, həm musiqi, həm də şeir çözür. Bugün uzaqdan, yaxından şəhərimizə gəlib, bu incə sənəti nümayiş edənlərin arasında, «Təmiz ürək» fondu da xəstə uşağlara kömək aksiyası da keçirilir.
Şarlar satılır, bu satılan şarların pulu ilə xəstə uşağlara dəsdək olurlar. Dərbənd ta dövrü qədimdən bərəkətli yerdir, onun bərəkəti həmişə dillər əzbəri olub. Dərbənd hər zaman xeyirxah insanların yurdu olub, bu gün də bu ən-ənə davam etməkdədir. Bugünki bu nümayiş də, keçmişin isbatıdır.
M. Seyidov