Doğma dilim


Dağıstan, dörd tərəfi dağlarla hörülmüş bir cənnətdir. Bu cənnət, özündə 40 ölkəni birləşdirir. 40 ölkə dedikdə, Dağıstanda yaşayan xalqları nəzərdə tuturam. 40-dan çox xalqın, dilini, mədəniyyətini özündə cəmləşdirən bu gözəl məkan, bura qonağ gələn hər kəsi heyran edir. Göz oxşayan dağları, hüsnünə laylay çalan çayları, xırda təpələri, narin dərələri, nəhəg Qalaları onun keçmişindən, bu gününə xəbər verir.
Dağıstan xalqları öz dilini, mədəniyyətini, adətlərini qoruyub saxlayarağı, bu günə gətirib çatdırmağı bacarıb. Dağıstanda hər il oktyabrın 21-də, burada yaşayan millətlər, öz doğma ana dilinin müqəddəs bayramını qeyd edirlər. Dağıstanın bütün bölgələrində, bu gün təntınəli bayran olaraq qeyd olunur. Dəmirqapı Dərbəndimizdə də, hər il bu günü, bütün təhsil ocağlarında təm-tərağla qeyd edirlər. Bu il də, oktyabrın 21-i. Dərbənd şəhər 6 nömrəli internat məktəbində, «Mənim dilim, doöma dilim» adlı tədbir keçirildi. Tədbiri məktəbin ana dili müəllimləri S. Əlibəyova,
B. Begova, S. Rəhimova, S. Talıbova, M. Həsənova, E. Hüseynova bir araya gəlib, öz doğma dillərini, adət-ənənələrini, mətbəxini çox böyük marağla hazırlayaraq nümayiş etdirdilər. Uşağların biri-birindən gözəl və maraqlı çıxışları, onların öz doğma dillərində şeir söyləmələri, mahnı oxumaları, öz milli rəqslərini sevə-sevə nümayiş etdirmələri özü elə böyük bir bayram idi. Uşağlar öz milli geyimlərində, öz adətlərini səhnəciklərlə göstərməkləri, orada olan qonağların marağına səbəb olub. Ailədə və hər bir təhsil ocağında, belə tədbirlərin tez-tez keçirilməsi çox vacibdir. Ana dilinə həsr olunmuş tədbirlər, uşağların, gələcək nəslin öz dilinə sevgi ilə yanaşaraq böyüməsinə bir işığdır.
Tədbirin qonağları, «Dərbənd» respublika qəzetinin məsul katibi Ayna Məmmədova, Azərbaycan Dövlət Dram Teatrının aktyorları, Dağıstan Respublikasının əməkdar artistləri Məhərrəm və Rahilə Ömərovlar, Rusiya və Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar şairə və Azərbaycan Dövlət Dram Teatrının aktrisası Zeynəb Dərbəndli, eləcə də Dərbənd şəhər 3 saylı orta məktəbinin ləzgi dili və ədəbiyyatı müəllimi Alidə Vaqidovna Qaflanova, 12 saylı tam orta məktəbin Tabasaran dili və ədəbiyyat müəllimi Nəricat Turabovna və 20 saylı orta məktəbin Dargin dili və ədəbiyyat müəllimi Patimat Zapirovna idilər. Məhərrəm Ömərov, ilk şairə Zeynəb Dərbəndlinin sözlərinə, bəstəkar Elmir Mədətoğlunun bəstələdiyi «Ulu Dərbəndim» mahnısını ifa etdi və bir gözəl şeirlə məclisi gözəlləşdirdi. Rahilə Ömərova ilk Nəriman Ağasiyevin «Dağıstanım» şeirini və sonra «Arzular» adlı şeirlə hər kəsi heyran etdi. Zeynəb Dərbəndli, Diana Əliyevanın sözlərinə, Elmir Mədətoğlunun bəstələdiyi «Dərbəndim vətənim mənim» mahnısını ifa etdi və sonda bir xalq mahnısını musiqisiz canlı ifa edərək, tədbir iştirakçılarını və müəllim heyətini feyziyab etdi. Ayna Məmmədova, belə maraqlı tədbir hazırladığlarına görə bütün müəllim heyətini və şagirdləri təbrik etdi.
Tədbirin sonunda, ana dili müəllimləri. Hərə öz mətbəxindən, yeməklər hazırlayaraq qonağlara, möhtəşəm bir qonağlıq veriblər. Bu da bizim Dağıstan xalqlarının, saf qonağpərvərliyinin ən uca nümunəsidir.

Və həmin gün, oktyabrın 21-si, Dərbənd şəhəri İqtisadiyyat və Hüquq Kollecinin oxu zalında da Dağıstan mədəniyyəti və dilləri gününə həsr olunmuş ədəbi-bədii gecə keçirildi. Tədbirin təşkilatçıları kolecin müəllimləri Zariyət Kürəbəyova, Lüdmila Əzizova, Vəzirxan Daşdıyev və kitabxana rəhbəri Fərizət Butayeva, «Narin-Qala» rəqs ansamblının bədii rəhbəri Maina Osmanova idilər. Tədbirin qonağları şair-tərcüməçi, Rusiya Yazıçılar Birliyinin üzvü Təxmiraz İmamov, Rusiya və Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə və Azərbaycan Dövlət Dram Teatrının aktrisası Zeynəb Dərbəndli, şair Məhəmmədhəsən Bayatlı və Dərbənd şəhəri
Hərbi Şöhrət Muzeyinin aparıcı mütəxəssisi Gülpəri Mirzəbəyova idi. Kollecin elmi işlər üzrə direktor müavini Zöxrə Matiyeva öz çıxışında qeyd edib ki, «Bu gün mədəni-mənəvi dəyərlərin gənc nəslə ötürülməsi ümumi səylərimizdən asılıdır. Onlarda doğma ana dilinə sevgi oyatmaq, mən deyərdim, biz müəllimlərin ən böyük uğurudur». Kolecin sosioloqu
İslam Əliyev də öz çıxışda, Mədəniyyət və din arasındakı əlaqəni vurğulayıb.
Tədbirin qonağları şairlər də, Təhmiraz İmamov da öz çıxışında, müəllim və tələbələri təbrik edərək, öz «Ana dili» şeirini spyləyib. Zeynəb Dərbəndli, öz «Göz bəbəyim Dağıstanım» şeirini və ana dilində daha şirin olan «Laylay» mahnısını musiqisiz canlı ifa edib və kolecin kollektivini, bu bayram münasibətilə təbrik edib. Məhəmmədhəsən Bayatlı da, öz «Ana dili» şeiri ilə çıxış edib. Gülpəri Mirzəbalayeva, tələbələrin möhtəşəm çıxışına fikir bildirərək, müəllim və tələbələri təbrik edib.
Doğrudan da, tədbir çox maraqlı idi. Tələbələrin, əllərində şam şeir demələri, canlı-canlı mahnı oxumaları sözün əsil mənasında; insanın ürəyində bir fərəh hissi oyadırdı. «Nari-Qala» rəqs ansanblının ifasında, möhtəşəm bir rəqs, tədbiri daha da möhtəşəm etmişdi. Tədbirin sonunda, qonağlar üçün şirniyatlı, çay süfrəsi qurulub.
Sonda, şairə Zeynəb Dərbəndlidən «Mənim dilim» şeirini, sizlərə təqdim edirik.

Mənim dilim

Anaların laylasıdır,
Elmin dərin dəryasıdır,
Allahın nur duhasıdır,
Mənim dilim.

Həm qolumdur, qanadımdır,
Ruhum, canım, həyatımdır,
Tariximdir, soy adımdır,
Mənim dilim.

Bizə qürur, dəyanətdir,
Həm namusdur, həm şöhrətdir,
Dədəmizdən əmanətdir,
Mənim dilim.

Çox varlıdır, dövlətlidir,
Hər ölkədə hörmətlidir,
Dünya boyda sərvətlidir,
Mənim dilim.

Bir sözün min mənası var,
Adı gəzir diyar-diyar,
Ana kimi layla çalar,
Mənim dilim.

Zeynəb sənlə qidalanır,
Dünyanı gəzir dolanır,
Dastanlarda dalğalanır,
Mənim dilim.
M. Seyidov