Unutmayaq unudulmayaq


Hər zaman çalışmıçıq ki, bizi unutmasınlar. Unudulmaq çox pis şeydir, unudulmamaq üçün gərək unutmayasan.
Avqustun 18-də, Dərbənd şəhəri Mərkəzi kitabxanasında. Dərbəndin söz sərrafı, sözü ilmə-ilmə ilmələyən. Hər sözündə bir məna olan, gözəl şair, həmçinin də isdedadlı jurnalist Şixibrahim Manaf oğlu Manafovun xatirə gecəsi keçirildi.

Tədbirdə bir çox sözə dəyər verən qonağlar, içtimai xadimlər iştirak etdilər. Onlardan Azərbaycan dövlət dram teatrının direktoru, DR əməkdar mədəniyyət işçisi Firdousi Əsgərov, teatrın baş rejissoru Azərbaycan Respublikasının əməkdar artisti Sərvər Əliyev, teatrın dəyərli qonağı Azərbaycan Respublikasının əməkdar artisti İntiqam Soltan, teatrın ədəbiyyat üzrə sədri və Dağıstan Azərbaycanlılarının Milli Muxtariyyatının Dərbənd üzrə sədri Telman Tahirli, DR əməkdar artisti Məhərrəm Ömarov və nəğməkar şairə, dramaturq, Azərbaycan dövlət dram teatrının aktrisası Zeynəb Dərbəndli. «Dərbənd» respublika qəzetinin baş redaktoru Tərlan Ələkpərov və qəzetin məsul katibi Ayna Məmmədova. Dərbənd şəhəri 6 nömrəli məktəbin Ana dilə və ədəbiyyatı müəllimi Nazilə Mirhəmidova, 4 nömrəli məktəbin Ana dili və ədəbiyyatı müəllimləri Səlimə İsayeva və Dilarə Seyidova. «Dərbənd xəbərləri» qəzetinin redaktoru Naidə Başirova, şəhərin şairləri Rusiya və Azərbaycan Yazıçılar birliyinin üzvləri, Dərbənd «Gülüstan» ədəbiyyatçılarının prezidenti Tahur Saleh, tərcüməçi şairlər Fəxrətdin Oruc,  Təhmiraz İmamov, şair Zəkulla Kimsiz və başqaları iştirak etdilər. Tədbiri, kitabxananın direktoru DR əməkdar mədəniyyət işçisi Diana Əliyeva qonağlara xoşgəldin çıxışı ilə açıb. Tədbiri kitabxananın işçisi Nazəndə Quliyeva idarə edib. Tədbirə, öz musiqi çələngi ilə Zeynəb Dərbəndli bir az da gözəllik qatıb.


Şixibrahim Manafov uzun illər «Leninçi» indiki «Dərbənd» qəzetində müxtəlif vəzifələrdə çalışıb. Tədbir zamanı, şairin kitabı olmadığı deyilib Tərlan Ələkpərov, «Şairin şeirlərini siz bir araya gətirin, o kitaba sponsorluğu şəxsən özüm edəcəm»-deyə vurğulayıb. Bu da onun ürəyinin, genişliyindən xəbər verir.

Bu möhtəşəm
xatirə gecəsi çox gözəl və yaddaqalan olub. Biz tez-tez belə tədbirlər keçirməliyik ki, dilimiz ölməsin, öz övladlarımız dilimizi sevsinlər. Bu yaddaqalan tədbirdə də, qonağlarla xatirə şəkilləri çəkilib. Ən maraqlısı da o olub ki, kitabxanada şairin xatirə gecəsi üçün onun portreti və şeirləri çap olunan qəzetlərlə bir köçk hazırlanmışdı. Əziyyəti keçən hər kəsə təşəkkürlər, şairin də ruhu şad olsun.
H. Aslanov