Dağıstan və Azərbaycan bir sıra sahələrdə əməkdaşlıq sazişləri imzalayıb. Bu günlərdə Bakıda Dağıstan sahibkarlarının biznes missiyası keçirilir. Respublikanın nümayəndə heyətinə Dağıstan İxraca Dəstək Mərkəzinin direktoru Ruslan Abaskuliyev başçılıq edib. Turoperatorların görüşü Rusiya Federasiyasının Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapovun salamlama nitqi ilə başlayıb. Səmərəli görüşlər və danışıqlar zamanı iki respublikanın turoperatorlar assosiasiyaları arasında turizm sahəsində qarşılıqlı...




