Yazımı Dərbəndin tanınmış şairi Zeynəb Dərbəndlinin bir şeiri ilə başlamaq istədim. Zeynəb xanım bu şeirdə, öz doğma ana dilini, bütün dillərin şahı adlandırır. Ona görə, yazıya girişi, o şeirlə başladım. Ana dilim Sən elmsən, sən dahisən,Müqəddəssən, İlahisən,Bütün dillərin şahısan,Dərdimə dərman a dilim,Ana dilim. Anam qədər əzizimsən,Dilimdə gəzən sözümsən,Sən elə mənim özümsən,Doğma dilim, can a dilim,Ana...
