Dərbəndi addım-addım gəzib dolandığca, insanın xəyalında min-bir arzu yaranır. Onun hər daşı bir naxış, hər naxışı min tarix olan. Başının üstündə bir nər, ərən kimi duran Narın-Qalası dünya gözündə bir əfsanələr məmləkətinə çevrilib. Hər kəs bura gəlmək, gəzmək, görmək istəyir. Çünki onun sorağı, bütün dünyanı öz ahənginə salır. Dərbənd bildimiz kimi, adi bir şəhər deyil....
