Dərbənd mənim üçün ikinci vətəndir, vətən isə həmişə ürəkdə olur. Quba və Dərbənd arasında bir saat, ya da saat yarımlıq məsafə var. O məsafə də sərhəddir, ürəyin isə sərhəddi olmur. Dərbənd və onda yaşayan insanlar mənə o qədər doğmadılar ki, onların yeni ilini təbrik etməmək öz özümü unutmaq deməkdir. Bu doğma şəhərin sakinlərini, bütün Dağıstan...










