Istər şəxsiyyət olsun, istərsə də adicə bir insan olsun, onun haqqında danışanda, nə isə yazanda ilk olaraq onun doğulub tərbiyə aldığı ailə mühitinə diqqət yetirmək məncə düzgün olardı. Odur ki , Dağıstanın xalq artisti, iki xalqın nəğməkar qızı Düriyyə Rəhimovanın və Dərbənddə Azərbaycan Xalq Teatrının yaranmasında gərgin əməyi olan insan- Dağıstanın əməkdar artist, istedadlı rejissor...










