Bitmək bilməyən bəla


İki il özünü atda, bizi piyada qoyan, bu bitmək bilməyən koronavirus. Artıq öz həddini yaman aşmaqdadır, nə qocaya rəhm edir, nə cavana.
Bir çox ailələri doğmalarının itkisi ilə, ürəyini peşman edən «Covid-19» bəlası, hələ də öz işini davam etməkdədir. Xəstələrin artması, insanların içindən əlavə üz mimikasında qorxu yara bilib. İnsanların ürəyi gülmür, qohum əğraba bir-birinə sanki yadlaşıb onun üzündən.
Allah gələcək nəslimizi, bu bəladan qorusun. Pnivmaniya ilə bir çox uşaqlar xəstələnib, məktəblərdə karantin olub. Bu virus özünü balacalara belə, böyüklərə isi «Covid-19» kimi təsir edir. Allah qorusun körpələri, Allah qorusun dünyamızı. Belə bir vəziyyətdə, dua etməkdən başqa çarə də yoxdur.
Vaksin olunmaqdan qaçaraq, bu xəstəliyə nə ilə qalib gələcəyik? Tutalım ki, saxta sertifikat aldınız, bəs bu saxta kağız sizi ölümdən qurtara biləcək mi? Vaksin vuranlar və vurmadan kağız alanlar bir arada çalışdığı müddətcə, bu xəstəlik azan deyil. Çünki vaksin klunmaya lar, olunanları da yoluxdurur. Bəlkə bir az dərindən düşünəsiz, düşünəsinjz ki, sonra daha çox gec olmasın.
Böyüklər Covidə yoluxduğda, evdə uşağlar pnivmaniyaya yoluxacağlar. Və bir nəfərin yoluxması, bir neçə nəfəri təhlükəyə ata bilər. Son dərəcə hamınızdan xaiş edirik, özünüzü düşünmürsünüzsə, gələcək nəslin sağlam böyüməsini düşünün.
M. Seyidov