Şəfa ocağı Mənim bu günkü həmsöhbətim — Dərbənd rayonunun Tərkəmə zonasının Dəliçoban kəndində doğulub boya-başa çatmış, hal-hazırda Padar sahə xəstəxanasında tibb bacısı vəzifəsində çalışan Xanməhəmmədova Rəsmiyə Pirmaliyevnadır. Hələ lap kiçik vaxtlarından Rəsmiyənin bu sənətə həvəsi vardı. Anası İntizarın Dərbənddən onun üçün aldığı balaca kuklasını çimizdirər, sanki xəstəymiş kimi ona “iynə vurar”, zoğal mürəbbəsi ilə çay...










