Dağıstan Respublikası Hökumətinin sədri Əbdülmüslim Əbdülmüslimov Dərbəndə işgüzar səfəri çərçivəsində hələ 1946-cı ildə əsası qoyulmuş, əsaslı təmirdən sonra yenidən təmir edilmiş şəhər Mərkəzi Kitabxanasında olub. Burada şənbə günü səhər saatlarında baş nazir müasirləşdirilmiş qiraət zalında azyaşlı uşaqları kitab oxuyarkən görüb, onların hobbiləri və gələcək planları ilə maraqlanıb.

