Azərbaycan suyu, havası, daşı, torpağı ilə böyük bir mədəniyyət ocağıdır. Bunu təkcə mən demirəm, onun yüksək mədəniyyət və incəsənət ocağı olduğu dünyada tanınır . Orada doğulan hər bir insan onun havasını udur, suyundan içir və sanki mədəniyyət bələyinə bələnib, ana qucağında böyüyür. Azərbaycan hər bir ölkədə zəngin mədəniyyəti ilə tanındığı kimi, övladları da onun hüdudlarından...









